Şrift:
AŞ Bakı ofisinin rəhbəri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
31.01.2020 [12:29] - Xəbərlər
Zoltan Hernyes Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən qəbul edilib və ona rayon haqqında ətraflı məlumat verilib. Daha sonra Zoltan Hernyes Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Qonağa ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb.
Qonaq sonda xatirə dəftərinə ürək sözlərini yazıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed