Şrift:
Molla rejiminin suçundan Güney Azərbaycanda məktəblər bərbad durumdadır
31.01.2020 [13:14] - Güney Azərbaycan xəbərləri
Sosiolji araşdırmalar nədəni olaraq, Güney Azərbaycanın bütün kəndlərində orta məktəblərin bərbad durumda olması üzə çıxıbdır. Bunun əsas səbəblərindən biri də odur ki, 41 ildir İran adlı ölkəni idarə edən mollakratiya rejiminin ölkəni 72 il idaər edən pəhləvilər rejimindən heç nə ilə fərqlənməməsidir. Hər iki rejim antitürk və anti bəşəri siyasətlərinə önəm verərək Güney Azərbaycanın inkişafına əngəl olmaq kimi dərin siyasətlər yürüdüblər. Bu gün Güney Azərbaycanın kəndlərində bərbad durumda olan məkbələrdə azacıq da olsa həyat qaynayırsa, o da fədakar müəllilərin sayəsində başa gəlir.
Sosioloji araşdırmalardan bir örnək kimi yaxın günlərdə Güney Azərbaycanda ağır şəraitdə şagird yetişdirən bir müəllimin son dərəcə fədakar olduğunu göstərən görüntülər yayılıb. Bu görüntülər sosial şəbəkələrin istifadəçilərinin xüsusi diqqətini çəkib, onlar fədakar bir müəllim Məhəmməd Sadiqinin çəkdiyi zəhmətləri təqdir ediblər.
Məhəmməd Sadiqi Güney Azərbaycanın Şərq Əyalətində yerləşən Çaroymaq şəhərinin “Dağ kəndi” sakinidir. O səmimi şəkildə həyatını ağır şəraitdə təhsil alan şagirdlərinə həsr edib. Azərbaycanlı müllim çox acınacaqlı vəziyyətdə olan, palçıqdan tikilmiş bir dərs otağında tədris edir. Şəkillərdə göründüyü kimi, şagirdlər sınıq oturacaqlardan istifadə edir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed