Şrift:
Hindistanda bank işçilərinin ümummilli tətili başlayıb
31.01.2020 [13:46] - Siyasət
Hindistanda bank sahəsinin milyondan çox işçisi yanvarın 31-də ikigünlük ümummilli tətilə başlayıblar. Tətil bütün ölkə üzrə bank əməliyyatlarına təsir göstərə bilər.
Aksiyaya əsasən dövlət banklarının əməkdaşları qoşulacaq. Bəzi özəl banklar isə işi davam etdirəcək. Bir çox banklar, o cümlədən Hindistan Dövlət Bankı tətilin bankomatların işinə, nağd vəsaitlərin köçürülməsi və çıxarılması əməliyyatlarına, kreditlər verilməsinə təsir göstərəcəyi barədə müştərilərinə xəbərdarlıq ediblər.
İşi dayandırmağa bank sferasının doqquz iri həmkarlar ittifaqının daxil olduğu “Bank ittifaqlarının birləşmiş forumu” çağırıb. Aksiya iştirakçıları əməkhaqqının və pensiyanın artırılması, pensiyaların hesablanması qaydalarının dəyişdirilməsi, beşgünlük iş həftəsinin tətbiq olunması və digər tələblər irəli sürüblər.

DAVAM.AZ
“Uzq Doğu Bürosu”
Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed