Şrift:
Yeni Günəşlidə seçicilər bir daha Fərəc Quliyevi dəstələdiklərini nümayiş etdirdilər (foto)
01.02.2020 [13:24] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindın deputatlığa namizəd Fərəc Quliyevin seçicilərlə növbəti görüşü dünən- 31.01.2020 tarixində Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində keçirildi. Səmimi ortamda keçirilən görüşdə F.Quliyev deputat olduğu dönəmdə sakinlərin və ərazinin problemlərinin həlli istiqamətində gördüyü işlər, eləcə ideya və prinsiplırinə uyğun fəaliyyəti haqqında ümumi hesabat verərək, bir neçə mühüm məqama toxundu. O, millət vəkili kimi sakinlərlə sıx əlaqələrin qurulması istiqamətindəki yaratdığı mexanizm barədə də danışdı. F.Quliyev bildirdi ki, bunun üçün o, problemlərlə yerində tanış olmaq məqsədi ilə həftədə bir dəfə məhəlli görüşlərin keçirilməsi və hər həftə ərazidə qəbulların aparılması, eyni zamnda əlaqə vasitələrinin sakinlər arasında yayılmasını təşkil etmişdi. Namizəd vurğuladı ki, deputat kimi ona edilmiş minlərlə müraciət həlli ilə bağlı gördüyü işlər barədə seçicilərə yazılı hesabat təqdim edib ki, o hesabatda həm də digər fəaliyyətləri barədə də ətraflı məlumatlar öz əksini tapıb.
Görüşdə iştirak edən sakinlərdən bir neçəsi danışaraq F.Quliyevin keçən dönəmdə millət vəkili kimi öz fəaliyyəti ilə seçicilərin ona göstərdiyi etimadı doğrultduğunu bildirərək, bu seçkilərdə də yektilliklə onu dəstəkləyəcəklərini bildirdilər. Sakinlərin problemlərlə bağlı təklifləri və müraciətləri qeydə alındı. F.Quliyev təkliflər barədə öz müvqeyini bir daha sakinlərin diqqətinə çatdırdı, müraciətlərlə bağlı isə nəticələrdən asılı olmayaraq həlli ilə məşğul olacağını bildirdi.
Həmin görüşdən fotoları təqdim edirik:
Yeni Günəşlidə seçicilər bir daha Fərəc Quliyevi dəstələdiklərini nümayiş etdirdilər (foto)

Yeni Günəşlidə seçicilər bir daha Fərəc Quliyevi dəstələdiklərini nümayiş etdirdilər (foto)

Yeni Günəşlidə seçicilər bir daha Fərəc Quliyevi dəstələdiklərini nümayiş etdirdilər (foto)

Yeni Günəşlidə seçicilər bir daha Fərəc Quliyevi dəstələdiklərini nümayiş etdirdilər (foto)


Milli Dirçəliş Hərəkatı Partiyası
Mətnuat xidməti
Bu xəbər oxucular tərəfindən 884 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed