Şrift:
Fərəc Quliyev Qaraçuxurda idmançılarla görüşdü (foto)
03.02.2020 [14:24] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyevin budəfəki görüşü Qaraçuxur qəsəbəsində idmançılarla keçirildi. Əməkdar məşqçi Ruslan Rzayevin təşəbbüsü ilə idman zalında keçirilən səmimi görüşdə qəsəbənin idmançıları F.Quliyevə gənclərə və idmançılara verdiyi dəstəyə görə, edilən bütün müraciətlərə diqqətlə yanaşması və dövlətin gənclər və idman siyasəti ilə bağlı mütəmadi olaraq səmərəli təkliflər irəli sürməsinə görə təşəkkürlərini bildirdilər. İdmançılar F.Quliyevi dəstəklədiklərini və onun qələbəsinə indidən əmin olduqlarını bildirdilər.
F.Quliyev də öz növbəsində idmançılarla səmimi söhbət edərək, onlara verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. O həm də bir idmançı kimi bu sahədə daha hansı səmərəli işlər görməyin mümkünlüyündən məlumatlı olduğunu və bu istiqamətdə daim səylər göstərdiyini vurğuladı. F.Quliyev qeyd etdi ki, seçkinin nəticələrindən asılı olmayaraq, idmanın inkişafı və dövlətin gənclər siyasətinə verdiyi təkliflərdən həyata keçməyənlərin icrasına çalışacaq və yeni təşəbbüslərlə çıxış edəcəkdir.
Görüş idmançıların F.Quliyevlə xatirə fotoları çəkdirmələri ilə yekunlaşdı.

Fərəc Quliyev Qaraçuxurda idmançılarla görüşdü (foto)
Fərəc Quliyev Qaraçuxurda idmançılarla görüşdü (foto)
Fərəc Quliyev Qaraçuxurda idmançılarla görüşdü (foto)
Fərəc Quliyev Qaraçuxurda idmançılarla görüşdü (foto)





















































Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1146 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed