Şrift:
Yaponiya “Tokio-2020” Olimpiadasının ləğvi ilə bağlı məsələyə baxmayacaq
03.02.2020 [19:10] - İdman
Yaponiya Çində koronavirusun yayılması ilə əlaqədar “Tokio-2020” Yay Olimpiya Oyunlarının ləğv edilməsini düşünmür. Amma yarış vaxtı yoluxucu xəstəliklərlə mübarizə barədə iclasın keçiriləcəyi planlaşdırılır. Bu barədə Tokioda Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilinə görə cavabdeh olan nazir Seyko Haşimoto parlamentin aşağı palatasının büdcə komissiyasının iclasında məlumat verib. O qeyd edib ki, Təşkilat Komitəsi yarışların ləğvi məsələsinə baxmayacaq. Yarış vaxtı yoluxucu xəstəliklərlə mübarizə tədbirlərinə dair iclasın bu həftə keçiriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək, Yay Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək. Xatırladaq ki, “Tokio-2020”nin proqramına ilk dəfə olaraq, beysbol, softbol, karate, serfinq, dağadırmanma və skeytbordinq daxil edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed