Şrift:
Azərbaycan çempionunun ölümü ilə bağlı cinayət işi başlanıb
04.02.2020 [10:18] - Hadisə
2002-ci il təvəllüdlü Arzuman Abbasovun yaşadığ evin hamamında dəm qazından boğularaq ölməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiz ekspertizalar təyin edilib.
Qeyd edək ki, hadisə ötən gün Ramana qəsəbəsi Bünyatzadə küçəsində ev 30/2-də qeydə alınıb. Həmin mənzildə yaşayan, 2002-ci il təvəllüdlü Arzuman Abbasov hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib. Onu da qeyd edək ki, Arzuman Abbasov qaydasız döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed