Şrift:
Rusiyada qətl törədən şəxs Bakıda tutulub
04.02.2020 [10:26] - Hadisə
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan E.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd ov bıçağı aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun tanışı K.Babayevin Suraxanı rayonu ərazisində yaşadığı evdə gizlətdiyi nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-58 M” markalı tüfəng və 4 ədəd patron da aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed