Şrift:
Bu il ölkəmizdə vəkillərin sayı iki mini ötəcək
04.02.2020 [11:19] - Hüquq
Bu il respublikamızda vəkillərin sayı 2 mini ötəcək. Sevindirici haldır ki, bu gün ölkəmizdə vəkilliyə çox böyük maraq var. Bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov açıqlamasında deyib. A.Bağırov bildirib ki, hazırda ölkəmizdə 1700-dən çox vəkil var və bu artım davam edəcək. Çünki bunun üçün əlverişli şərait mövcuddur. Həm Bakıda, həm də regionlarda fəaliyyət göstərən çoxsaylı hüquqşünaslar Vəkillər Kollegiyasına üzvlüklə bağlı sənəd verirlər və vəkil olmaq arzusundadırlar. Respublikamızda vəkilliyin inkişafı istiqamətində mühüm yeniliklərin əldə olunduğunu diqqətə çatdıran Kollegiyanın sədri deyib: “Məlum olduğu kimi, keçən ilin sonunda kollegiyanın Hüquqi Yardım və Təlim Mərkəzi istifadəyə verildi. Müasir tələblərə cavab verən bu mərkəzdə vəkillər tədrisə cəlb olunacaq, pulsuz hüquqi yardıma ehtiyac duyan vətəndaşlarımıza yardım göstəriləcək. Belə ki, mərkəzdə pro-bono vəkil bürosu da fəaliyyətə başlayıb. Hüquqi yardıma ehtiyacı olan vətəndaşlarımız bu mərkəzə dəvət edilirlər və onlara pulsuz hüquqi yardım göstərilir”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed