Şrift:
Fəaliyyəti ilə gözqamaşdıran Tbilisi Yunus Əmrə İnstitu
04.02.2020 [13:11] - Xəbərlər
Türkiyənin Yunus Əmrə İnstitu 2012-ci ildən bəri Tiflisdə təhsil və mədəniyyətlə bağlı həyata keçirdiyi fəaliyyətləri ilə göz qamaşdırır. Paytaxt Tbilisidə 2012-ci ildən bəri fəaliyyətinə başlayan Yunus Əmrə İnstitunun sayəsində 3000-ə yaxın insana türk dili öyrənib. Bundan əlavə, 2013-cü ildə Tiflisdə başlanan və İnstitut tərəfindən gerçəkləştirilən "Seçdiyim Türkcə Layihəsi" çərçivəsində hər il orta hesabla 500 tələbə türk dilini öyrənir. Burada türk dili səviyyəsini artıran Gürcüstan vətəndaşları üçün Türkiyədə təhsil almaq və iş tapmaq heç də çətin olmur. Yunus Əmrə İnstitutu təhsillə yanaşı, mədəniyyət və sənət sahəsində də fəaliyyət göstərir. Belə ki, hər il konfranslar, simpoziumlar, xalq oyunları, seminarlar, müsabiqələr, kino, sərgilər, konsertlər, xüsusi günlər, sənət kursları, türk mətbəxi kimi fəaliyyətləri ilə bir sıra tədbirlər həyata keçirir.
Qeyd edək ki, Türkiyənin nüfuzlu qurumu Gürcüstanda keçirilən rəngarəng yerli festival və yarmarkalarda da iştirak edir. İnstitun Tiflis təmsilçisi və müdiri Ali Oğuzhan Yüksel bildirib ki, Türk dilini öyrənmək istəyənlər və ebru (Su üzərində rənqlərdən çəkilən rəsimlər) sənətini öyrənmək istəyənlər Yunus Əmrə İnstitunda onları ən gözəl şəkildə onlara kömək ola bilərik.
"İnstitumuz kurslarla yanaşı carı ildə müxtəlif mədəni formatda tədbirlərdə təşkil edəcəkdir eləcə də konsertlər həmçinin gürcüstanlı dostlarımızla da birgə bir sıra konsertlər gerçəkləştirəcəyik o cümlədən, fərqli sənət kurslarımıza da bu il start verəcəyik. Bütün bunlar barədə İnstitutumuzun 'Facebook' səhifəsində məlumat bildiriləcək",-deyə A.O.Yüksel qeyd edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed