Şrift:
Marneulinin 60 məktəbində ditektor olmaq istəyənlərin nəzərinə – qeydiyyat başladı
04.02.2020 [13:38] - Borçalı
İctimai məktəb direktoru olmaq istəyənlərin qeydiyyatı 3 fevral tarixindən başlayıb. Direktor səlahiyyətlərini icra edənlər də sertifikat imtahanından keçməli olacaqlar. Marneuli miqyasında cəmi 74 ictimai məktəb fəaliyyt göstərir.
Yerli Resurs Mərkəzdən bildirirlər ki, bu məktəblərdən təxminən 60-da hələ də direktor səlahiyyətini icra edən şəxslər çalışır. Direktorlar üçün isə sertifikat imtahanı vacibdir. 1 saylı ictimai məktəbinin direktoru Ketevan Merabişvili 2014-cü ildən direktor səlahiyyətlərini icra edir. Onun dediyinə görə, sertifikat alması vacibdir və mütləq imtahan verəcək. Təhsil Nazirliyindən verilən məlumata görə, əgər direktor vəzifəsini yerinə yetirənlər imtahan vermək istəməsə, sertifikatlı kadrlar onları əvəz edənə qədər vəzifələrində qalacaqlar.
Sertifikat imtahanı vermək istəyənlərin www.directors.mes.gov.ge veb-səhifəsində elektron qeydiyyatdan keçmə müddəti 17 fevralda başa çatacaq. Ali təhsilli və ən az 3 il iş təcrübəsi, təhsil sahəsində isə ən az bir il təcrübəsi olan şəxslərin edu.aris.ge-nin müsabiqəsində iştirak etmək hüququ var.
Test proqramı bir neçə istiqaməti əhatə edir – qanunvericilik bazası, tədris prosesinin təşkili, monitorinq və qiymətləndirmə, məktəbin insan resursunun idarəsi, səmərəli ünsiyyət və motivasiya metdoları, valideynlərlə çalışmaq və hesabatlılıq, məntiqi düşüncə və məlumatın təhlili və.s. İmtahan elektron formada keçiriləcək. Müsabiqə iştirakçısının ixtisas və bacarıqları testdən 60% bal topladığı zaman uğurlu hesab olunacaq. İmtahan üçün müəyyən edilmiş həddi keçdiyi halda müsabiqəçiyə söhbət mərhələsinə keçməyə imkan veriləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed