Şrift:
Həbsdə olan MTN generallarının məhkəməsinin vaxtı məlum olub
04.02.2020 [14:36] - Xəbərlər
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Teymur Quliyev, Elçin
T. Quliyev və S. Qurbanovun kassasiya şikayətlərinə Ali Məhkəmədə hakim İlqar Qılıcovun icraatında fevralın 27-də, digər general E. Quliyevin şikayətinə isə hakim İnqilab Nəsirovun icraatında fevralın 25-də baxılmasına başlanacaq. Qeyd edək ki, T. Quliyev və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə S. Qurbanov 14 il, T. Quliyev 12 il, E. Quliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə onların general rütbəsindən məhrum edilməsi ilə bağlı Azərbaycan Prezidentinə təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilib. Bakı Apelyasiya Məhkəməsində onların şikayətləri təmin edilməyib. Generallar bir neçə dəfə kassasiya şikayətləri versələr də, sonradan onları geri götürüblər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed