Şrift:
Fərəc Quliyev:Erməni əsgərinə Azərbaycan torpağı üzərində yer yoxdur, yalnız altında yer vardır!
04.02.2020 [15:00] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
26-cı hissə

155.Erməni əsgərinə Azərbaycan torpağı üzərində yer yoxdur, yalnız altında yer vardır: (23.04.2019)

Biz bütün məsələlərdə hərbiçilərimizə dəstək verməliyik. Onlar bizim dayağımızdır, güvən yerimizdir. Amma hərbiçilərimiz yaşlaşır və 25 ildir onları təqaüdə göndərməklə məşğuluq ,on minlərlə belə hərbiçilərimizi yola salmışıq. Döyüşlərdə olmuş çox bacarıqlı zabit heyyətlərimiz, gizirlərimiz artıq əvvəlki imkanlarını, fiziki imkanlarını təbii ki, saxlamırlar və hesab edirəm ki, bizim problemlərmizin bitmədiyi dönəmdə biraz düşünməyimiz lazımdır. 25 il əvvəl aldığımız texnika belə artıq köhnəlməyə başlayıb. Doğrudur biz indi hər gün yeni-yeni müasir texnikalar alırıq, dünyanın ən güclü dövlətlərindən ən yaxşı silahlarımızı alırıq və buna həsəd aparırlar, az qala. Köhnə silahlarımız modernləşdirilir .Amma hər halda əvvəldən aldıqlarımız da vardır. Biz son 15 ildə hərbi məsələlərimizə 35 milyarda qədər vəsait xərcləmişik. Mən bunu nə üçün deyirəm?
Xüsusən 2016-cı ilin aprel savaşından sonra Ermənistanla Azərbaycan masa arxasında artıq fərqli formada oturdular. Azərbaycan tərəfi artıq diktə edən tərəf kimi oturdu, dünya bizimlə hesablaşdı, başa düşdü ki, bizim bütün imkanlarımız vardı. Amma hər halda bizim o gücümüzdən sonra diplomatik sahədə də çox ciddi şəkildə uğurlarımız oldu, psixoloji üstünlük də bizim tərəfimizə keçdi. Mən hesab edirəm ki, bu son danışıqlarda razılaşdırılmış,xüsusən bu xalq diplomatiyası adı altında əgər gediş-gəlişlər olacaqdırsa bunlar uğursuz bir yanaşmadır və bizim psixoloji cəhətdən üstünlüyümüzə kölgə salan məsələlərdir. Bir vaxtlar ermənilər bu cür davranışlar eləmişdilər. Biz onlardan yenə də üstün vəziyyətdə olduğumuz dövrdə madrid prinsiplərində əsas üç məsələni ortaya gətirə bilmişdilər. Onlar Ermənistan parlamentində bir müzakirə eləmişdilər, iqtidarlı müxalifətli, üç prinsiplə bağlı müqavilə imzalamışdılar. Çox təəssüf ki, 21 ildir mən deyirəm, bizdə Azərbaycan iqtidarı ilə müxalifəti arasında Qarabağ ilə bağlı memarondum imzalanmadı. Amma ermənilər öz aralarında belə bir müqavilə bağladılar.Üç prinsipi nədən ibarətdir. Birinci Xankəndi bir başa Bakıya tabe olmasın, ikinci Qarabağa Ermənistandan dəhliz olsun və üçüncü onun müdafiəsi, qarantiyası təmin olunsun. Bu müddəaları Madrid prinsiplərinə də daxil elədilər. Amma biz onlarla danışıqlar aparandan, yumşaq mövqe tutandan sonra, telekörpülər, jurnalistlərin gedib gəlməsi, ziyalaıların gedib gəlməsi mərhələsindən sonra ermənilər artıq tamamilə fərqli şəkildə ikiqat artıq tələblərlə çıxış etməyə başladılar. Bu gün artıq işğal etdikləri ətraf ərazilərdə belə iddiaları başqa cürdür. Bu gün Araz boyu yaşayış məntəqələri salırlar. Kəlbəcərdə məktəb tikirlər. Bütün mədənlərimizi istismar eləməklə məşğuldurlar. Bizim jurnalistlər gedib orda nəyi görəcək? Onu görəcəkdir ki, Ermənistan cəmiyyəti heç bir qarış da torpaq qaytarmağın tərəfində deyil. Onu görəcəklər ki, gəlib Dağlıq Qarabağın ətrafında belə ermənilər məskunlaşmağa başlayıbdır. Onu görəcəklər ki, artıq orda yüz minlik hətta Sumqayıtdan guya o vaxtlar köçüb getmiş ermənilərlə bağlı olaraq şəhər salmaq istəyirlər. Bizim jurnalistlər bunu görəcək. Onların jurnalisti gəlib burda nə görəcək?
Gəlib görəcək ki, bir dənə də olsun vətənlə bağlı plakatımız yoxdur şəhərdə, heç bir yerdə müharibə əhval-ruhiyyəsi hiss olunmur, hamı da bunları mehriban qarşılayacaqsa, deyəcəklər bu insanlar razılaşırlar sülhə. Biz indiki status-kvonu saxlaya bilərik. Mən hesab edirəm ki, Ermənistana çox sərt üz göstərmək lazımdır, çox sərt davranmaq lazımdır və ermənilərlə bu cür yumşaq şəkildə davranmaq bizə xeyir eləməz. Xorvatlar cəmi 250 min adam idilər qovulanda, qovulmayan ərazidə əlli-altmış min qalmışdılar. 310 min adamla onlar üç ilə məsələsini həll elədilər. Cəmi 60 minlik ordu yaratdılar. Bizim 1 milyon 200 min vətəndaşımız qovulubdu. Biz təkcə onların içərisindən belə on minlik, iyirmi minlik gələcəkdə repartasiya olunacaq, geri qayıdacaq əhalinin yerlərdə özünü müdafiə dəstələri adı altında belə yerlərdəi əməliyyatlar keçirməklə məsələni həll edə bilərik. Mən hesab edirəm, Ermənistanla çox sərt şəkildə danışmaq lazımdır. Bu xalq diplomatiyası adı altında danışmaq həddən artıq zərərli məsələlərdir və bu məsələlər Azərbaycanda psixoloji cəhətdən əhalinin əhval ruhiyyəsinə pis təsir edən məsələdir. Biz ordumuzdan nəhayət ki ,istifadə eləməliyik. Bizim hərbiçilərimiz təkcə vəzifəsini icra eləməklə bağlı yox ,həm də vətənpərvərliklə o əhval ruhiyyədədiki hər an düşməni əzməyə hazır qüvvələrdilər. Biz görüşürük, istəyir kəşfiyyat xidmətində olanlarda, istəyir Daxili İşlər Nazirliyində ,Daxili Qoşunlarda, hərbi hissələrdə əhval –ruhiyyə budur. Bizim dişli siyasəti Ermənistan görməyincə, inandırıram sizi, onlar heç bir məsələdə güzəştə getmiyəcək. Daha da məsələləri, vəziyyəti qəlizləşdirəcəklər, vaxtı uzatmağa çalışacaqlar. Mən hesab edirəm ki, hərbiçilərimizə bundan sonra bütün köməklikləri eləməklə bərabər həm də ciddi şəkildə səfərbər olmaq lazımdır. Bəlkə mən bir az gündəlikdə olan məsələdən kənara çıxdım Oqtay müəllim, mən başa düşürəm sizdə səbrlə qulaq asırsınız ,amma məni də hər kəs başa düşər və hesab edirəm ki, bu çağırışlarımda nəzərə alınar. Mən hesab edirəm ki, çox ən sərt şəkildə cəmiyyətimiz yalnız və yalnız savaşa hazırlamalıyıq. Müharibə istəmirlərsə ermənilər zəhmət çəkib bizim ərazilərimizi tərk eləməlidirlər. Əgər bir erməni əsgəri Azərbaycanda ölmək istəmirsə,ərazimizi tərk etsin, burda neyləyirki o burda ölür. Gəlməsin və ölməsin. Erməni əsgərinə Aərbaycan torpağı üzərində yer yoxdur, yalnız altında yer vardır. Çıxmayacaqsa savaş lazımdır. Biz bunu təbliğ eləməsək ermənilərlə bu diplomatik məsələlərdə də bizim ciddi uğursuzluqlarımız başlıyacaq.

156.Azərbaycan polisi haqqında: (03.05.2019)

Biz vətəndaşlara polis tərəfindən bir basqı olanda hüququnun müdafiəsi haqqında danışırıq ,amma polisə qarşı hörmətsizlik, onun şərəf və ləyaqətini tapdalıyan hərəkətlər olanda bəzən mən media da susur və bu polislərin də haqqı müdafiə olunmur, bu doğru deyil. Əlbəttə bu bütün mediaya aid deyil. Mən hətta misalda çəkmişdim ki, bəzən polisin başından papağı yerə ata bilən adam olubdu. Belə adamlara güzəşt eləmək olmaz.

157.Uşaqlarla bağlı: (03.05.2019)

Küçələrdə bəzən rastlaşırıq , avtomobillərin şüşəsini silməyə çalışan, küçədə qız uşaqlarına, balaca oğlan uşaqlarına və s. Hərçənd ki bu xeyli dərəcədə azalıb, amma bunlara rast gələndə düşünürsən ki, bəzi tədbirlər görmək mümkündür. Məsələn, hesab edirəm ki, bu uşaqları xüsusi bir müəssisə hazırlayıb orda bir az icbari qaydada sənət öyrətmək mümkündür. Məsələn, uşaqlara klimaların təmirini, komputer təmirini, soyuducu təmirini, avtomobil təmirini, çilingərlik və s öyrətmək mümkündür. Qızlara toxuculuq sənətini , dərzilik və s. öyrətmək mümkündür. Onlar burda həm qalarlar, öyrənərlər, həm kontrolda saxlamaq mümkündür. Bu insanların hamısı eyni səbəbdən çıxmırlar evdən. Bəzən doğurdan doğruya evində ehtiyacı vardır və bir tikə çörək üçün pul qazanmaq istəyir. Onlara bir təqaüd formasında vəsait ayırmaq da mümkündü. Deyək ki, birini həbs edib həbsxanaya qoyanda onsuz da bu bir ayda ona 588 manata qədər pul xərclənir. Amma təklifim reallaşarsa , həm faydalı şəkildə hazırlanar adam, bir əlində sənəti olar, həm də evinə pul aparmaq imkanı olar.

158.İnformasiyanın doğru verilməsi ilə bağlı: (03.05.2019)

Bəzən mətbuatda görürsən ki, insan alveri ilə bağlı məkanlar, ünvanlar göstərilir, sonra məlum olmur ki, burda belə bir hadisə var ya yox. Məncə ictimaiyyətlə və mətbuatla Daxili İşlər Nazirliyi elə işləməlidir ki, informasiyasızlıq olmasın.Məlumatlar doğrudursa dərhal ölçü götürülməlidir, əgər doğru deyilsə o məlumatları verənlər haqqında ölçü götürülməlidir ki, kimsə yerindən durub sahibkarların işlərinə xələl gətirməsin. Bu sahibkarların bir ünvanı haqqında müəyyən məsələlər deyiləndən sonra təbii ki onlarında işinə zərər gəlir.

159.Təhsillə bağlı: (17.05.2019)

Akreditasiya ilə bağlı olaraq rəqəmlər var. Məktəbə qədər təhsil müəssisəsi, ümüumi təhsil müəssisəsi açılanda ödəmələr nəzərdə tutulub. Son zamanlar Azərbaycanda baş verən tendensiyaya diqqətinizi çəkmək istəyirəm. Deyim ki, son vaxtlar təhsildə rus dillində təhsil alanların sayı artıbdı, ümumilikdə 5 %-ə çatıbdı və bu çox böyük rəqəmdir. Xeyli rus dilli məktəblər vardır, xeyli rus dilli universitetlərin filialları burda açılmağa başlayıbdı. Televiziyalarda xüsusi olaraq rus dili ilə bağlı olaraq geniş proqramlar verilməyə başlayıbdı. Çox təəssüf olsun ki Türkiyə filmini burda göstərəndə tərcümə ilə verirlər amma rus dilində olan filmlərdə, verilişlərdə bu nəzərə alınmır. Bu tendensiyanı qırmaq üçün Azərbaycanda məhz türk dilində, Azərbaycan türkcəsində açılacaq müəssisələrə rüsumlarda güzəştlərin nəzərdə tutulmasını mən uyğun hesab edirəm.
Bu xəbər oxucular tərəfindən 918 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed