Şrift:
Tramp respublikaçıların partiya yığıncağında inamlı qələbə qazanıb
04.02.2020 [15:06] - Siyasət
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp dünən respublikaçıların Ayova ştatında keçirilən partiya yığıncağında böyük səs çoxluğu ilə qələbə qazanıb. Partiyanın Ayova bölməsi müvafiq məlumatı özünün Twitter səhifəsində yerləşdirib. Məlumata əsasən, Trampı partiya üzvlərinin 97,15 faizi dəstəkləyib. Respublikaçılar partiyasından prezidentliyə digər namizədlərin hər biri – İllinoys ştatından sabiq konqresmen, radio şərhçisi Uilyam Cozef Uolş və Massaçusets ştatının sabiq qubernatoru Uilyam Floyd Ueld 1 faizdən azacıq çox səs yığa biliblər. Səsvermədə 32 min nəfərdən çox insan iştirak edib.
Analitiklərin fikrincə, Donald Trampın bu qələbəsi gözlənilən idi. Belə ki, o, Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə qeyd-şərtsiz liderdir. Bazar ertəsi günü həm respublikaçılar, həm də demokratlar öz yığıncaqlarını keçiriblər. Kokus adlanan bu toplantılarda qarşıdakı partiya qurultaylarında prezidentliyə bu və digər namizədi dəstəkləyəcək nümayəndələr seçilir. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-nə təyin olunub.

DAVAM.AZ
“Vaşinqton Bürosu” (ABŞ)
Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed