Şrift:
Tutuqlu milli fəal Şahin Bərzgər Təbrizin Mərkəzi Zindanına köçürüldü
04.02.2020 [18:03] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının tanınmış gənc fəallarından olan Şahin Bərzgər 3 aya yaxın başkənd Təbrizdəki İran adlı ölkənin ən qəddar və işgəncələr təşkilatı kimi bilinən Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra Mərkəzi Zindanına köçürülüb.
Şahin Bərzgər 2019-cu ilin noyabr ayında İran adlı ölkəni 41 ildir idarə edən molla rejiminin gözlənilmədən benzin və neft məhsullarının qiymətlərinin 3 dəfə (300 faiz) artırılmasına qarşı keçirilən kütləvi etirazlar zamanı Təbrizdə öz evində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıbdır. O, bu etirazlar zamanı saxlanılan çox sayda milli-mədəni fəal kimi, heç bir dəlil olmadan uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılır. Milli fəal 3 aya yaxın Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra həbsxanaya köçürülüb.
Şahin Bərzgər bundan əvvəllər də Güney Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 205 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed