Şrift:
Milli fəal Süleyman Kazimi həbs edilib
04.02.2020 [18:20] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının fəalı Süleyman Kazimi barəsində çıxarılan 7 aylıq həbs cəzasını çəkmək üçün həbs edilib. Milli fəalın hökmü fevralın 3-də icra olunub. Gənc milli fəal əslən Güney Azərbaycanın Əhər şəhərindəndir. Tutuqlanan kimi elə bu şəhərin zindanında saxlanılıbdır.
S.Kazimi 2015-ci il noyabrın 12-də irqçilik zəminində yayımlanan məlum təhqiramiz “Fitilə” televiziya verilişinə qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün 6 digər fəalla birlikdə Əhər şəhərində saxlanmışdır. Ancaq, Güney Azərbaycanın Şərq Əyalətinin Apellyasiya Məhkəməsinin 3-cü şöbəsi 2018-ci ilin sentyabrında S.Kazimi və onunla birlikdə saxlanılan milli fəallar barəsində birinci instansiya məhkəməsinin çıxardığı həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.
2015-ci il noyabrın 6-da İran adlı ölkənin rəsmi dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı verilişində türklər kobud şəkildə təhqir edilmişdir. Buna etiraz olaraq bir neçə gün Güney Azərbaycan şəhərlərini kütləvi etiraz aksiyaları bürüdü, aksiyalar zamanı çox sayda soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq məhkəmə qarşısına çıxarıldı. Elə bu olaya görə Əhər şəhərində keçirilən etirazlarda çox sayda soydaşımız saxlanmışdır. S.Kazimi ötən illərdə mədəni fəaliyyətləri ilə əlaqədar bir neçə dəfə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, o müxtəlif təzyiqlərə məruz qalıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed