Şrift:
Milli fəal Nəsim Sadiqi haqda çıxarılan həbs qərarı öz hökmünü saxladı
04.02.2020 [18:26] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni 41 ildir idarə edən molla rejiminin Apellyasiya məhkəməsi Güney Azərbaycan Milli Hərəkatının ən nüfuzlu fəallarından və eləcə də nüfuzlu aydınlardan biri olaraq bilinən Nəsim Sadiqi haqqında çıxarılan 6 aylıq həbs hökmünü 3 il müddətinə təxirə salıb. Güney Azərbaycanın Şərq Əyaləti Apellyasiya Məhkəməsinin 3-cü şöbəsinin hökmü fevralın 3-də şifahi olaraq xanım Nəsim Sadiqiyə elan olunub.
Təbriz sakini olan milli fəal 2019-cu il sentyabrın 21-ə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. O “müxalif qrupların xeyirinə olaraq rejimin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.
2018-ci il oktyabrın 21-də tutuqlanan Nəsim Sadiqi bir neçə gün sonra oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 208 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed