Şrift:
Sofiyanda sahibkarlar mülklərinin ələ keçirilməsinə etiraz edərək ayağa qalxdılar
04.02.2020 [18:35] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Sofiyan şəhərinin əsnafı (sahibkarları) öz mülklərinin İran adlı ölkəni 41 ildir idarə edən molla rejimi tərəfindən yaradılmış və idarə olunan “Vəqflər İdarəsi” tərəfindən ələ keçirilməsinə etiraz olaraq tətillərə başlayıblar. Əsnaflar bu məqsədlə fevralın 2-dən etibarən müddətsiz tətillərə çıxıblar. Mağazalarını bağlayan əsnaf “Vəqflər İdarəsi”nə etiraz olaraq şəhərin Cümə məscidində toplaşıblar. Onlar “Heç millət belə bir ədalətsizlik görməyib” və “Mülklərimizin sənədləşdirilməsi bizim haqqımızdır” şüarları yazılmış plakatlar da nümayiş etdiriblər.
Qeyd edək ki, rejimin Güney Azərbaycanın Şərq Əyaləti Vəqflər İdarəsi əhalinin ev, obyekt və torpaq sahələrini ələ keçirmək məqsədi ilə Sofiyanda 37 min hektar ərazinin Vəqflər İdarəsinə aid olduğunu iddia etmişdir. Beləliklə də yerli əhalini demək olar ki, tamamilə mülksüz və torpaqsız qoymaq siyasətinin rəsmiləşdirilməsi üçün dərin hədəflər sərgilənməkdədir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed