Şrift:
Gənc boksçular arasında Azərbaycan birinciliyi start götürüb
05.02.2020 [10:46] - İdman
Boks Mərkəzində gənc dəri əlcək ustaları arasında Azərbaycan birinciliyi start götürüb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 48 komanda mübarizə aparır. Birincilikdə 10 çəki dərəcəsi üzrə 147 boksçu gücünü sınayır. Altı gün davam edəcək çempionatın final döyüşləri fevralın 8-də baş tutacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed