Şrift:
Gənclərin İnkişaf və Karyera Mərkəzi mükafata layiq görülüb
05.02.2020 [11:30] - Gənclik
Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) ötən il uğurlu fəaliyyətinə görə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatla təltif olunub.
Hazırda Gənclərin İnkişaf və Karyera Mərkəzinin 20 şəhər və rayonda - Cəlilabad, Masallı, Quba, Qusar, Zaqatala, Qax, Biləsuvar, Qazax, İsmayıllı, Şəmkir, Bərdə, Ağcabədi, Xaçmaz, Goranboy, Yevlax, Lənkəran, Samux, Göygöl, Şamaxı, Göyçayda nümayəndəlikləri fəaliyyət göstərir. Bu nümayəndəliklərin sayının 56-ya çatdırılması nəzərdə tutulub.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyətinin mərkəzində gənclər dayanırlar. Mərkəzin əsas məqsədi odur ki, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, hərtərəfli inkişafı təmin olunsun. Həmçinin regionda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə bizim nümayəndəliklərimiz vasitəsilə məlumat və məsləhət almaq imkanları olsun. Nümayəndəliklərdə təşkil olunan layihələr, tədbirlər və müxtəlif istiqamətli fəaliyyətlər gənclərin fərdi və sosial inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. GİKM, həmçinin öz fəaliyyətində gənclərin karyera və peşə seçimlərini dəstəkləmək, onlar üçün şəbəkələşmə və sosiallaşma məkanı formalaşdırmaq, gəncləri peşəkar fəaliyyətə yönləndirmək, gənc istedadları üzə çıxarmaq və inkişaf etdirmək, ictimai fəal gənclər yetişdirməyi əsas məqsədlər kimi müəyyənləşdirib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed