Şrift:
Yeni Günəşlidə Fərəc Quliyevə dəstək görüşü keçirilib (video foto)
05.02.2020 [12:24] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin fəxri prezidenti olduğu “Bozqurd Fight Club” idman klubunun təşəbbüsü ilə Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində deputatlığa namizədliyini dəstəkləmək məqsədi ilə F.Quliyevlə görüş keçirilib. Görüşdə idman klubunun üzvləri, qəsəbədən olan çoxsaylı idmançılar və valideynlər iştirak ediblər.
Klubun direktoru Süleyman Əliyev çıxış edərək, əvvəlcə F.Quliyevin milli ideoloq və lider kimi fəaliyyətindən, daha sonra isə idmanın inkişafındakı təşəbbüs və xidmətlərindən danışıb. O, F.Quliyevin ona edilən müraciətlərə diqqətlə yanaşmasını qeyd edərək, “Bozqurd Fight Club” idman klubuna verdiyi dəstəyə görə ona klub üzvləri və valideynlər adından təşəkkürünü bildirib.
F.Quliyev isə çıxış edərək, dövlətin yürütdüyü gənclər və idman siyasətinə verdiyi təkliflər və təqdim etdiyi konseosiyalar barədə danışıb. O, həyata keçməsi arzusunda olduğu məsələlərlə bağlı prinsipiallığını davam etditrəcəyini, xalqımızın həm fiziki, həm də mənəvi cəhətdən sağlam gəncləri ilə fəxr etdiyini bildirdi.
Səmimi söhbətlər çərçivəsində klubun baş məşqçisi Rövşən Rəhimov, digər idmançılar və valideynlər də səmimi olaraq diqqət və qayğısına görə F.Quliyevə təşəkkürlərini bildirdilər. Görüşdə F.Quliyev Bakıda keçirilən “Prezident Kuboku”-da idmançılara göstərdiyi qayğıya görə “Azərbaycan Free Fight” (sərbəst döyüş) idman klubu adından klubun prezidenti Sahib Yunus tərəfindən Fəxri Fərman və Azərbaycan Döyüş İdmanı və Döyüş Növləri Mərkəzinin prezidenti Samir Hüseynov tərəfindən Azərbaycan idmanına və idmançılarına göstərdiyi diqqət və qayğıya görə Fəxri Fərmanla təltif edildi.
Parlament seçkilərində yekdilliklə onu dəstəkləyəcəklərini vurğulayan görüş iştirakçıları F.Quliyevin qələbə qazanacağına əminliklərini bildirdilər.
Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.

VİDEONU buradan İZLƏYİN

Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 2017 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed