Şrift:
Aşağı Saral kənd sakinləri zibil konteynerlərinin olmamasından şikayətlənirlər
05.02.2020 [13:21] - Borçalı
Zibil konteynerlərinin olmaması Aşağı Saral kənd sakinlərini narahat edir.
Sakinlər yığılıb qalmış zibillərini çaya və ya yol kənarlarına atmağa məcbur olurlar.
Yığılıb qalmış, ətrafa səpələnmiş zibillər xoşagəlməz görüntü və üfunət qoxunun yaranmasına səbəb olur. Sakinlərin sözlərinə görə, ətrafa atılan zibillərlə birlikdə sahibsiz itlər də çoxalır və zibilin ətrafına toplaşaraq sakinlərin yoldan rahat şəkildə keçib getməsinə mane olurlar. Bu hal artıq illərdir ki, Aşağı Saral kənd sakinlərini narahat edir, lakin vəziyyətdən çıxış yolu tapa bilmirlər.
“Zibil konteynerləri olmadığından kənd sakinləri məcbur qalaraq zibili yol kənarına atırlar, camaatın başqa çıxış yolu yoxdur”, – kənd sakini Seyfəddin Əliyev deyir.
Kəndin daha bir sakini Əmirxan Qaracayevin sözlərinə görə, zibilin yığılıb qalması azyaşlı uşaqların oynamasına da mane olur.
“Balaca uşaqlar oynamaq istəyir, hər yer zibildir. Gecə yoldan keçmək istəyirsən zibilin ətrafına o qədər it toplaşır ki, keçməyə belə qorxursan”, – Əmirxan Qaracayev deyir.
“Təmiz Marneuli” MMC-nin direktoru Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneuli meriyası 300 ədəd zibil konteynerlərinin alınması üçün tender elan edib. Quberniya isə yaxın kəndlər üçün 200 ədəd konteyner ayırıb. Leri Mumladze bildirdi ki, konteynerlərin hələlik hansı kəndlərə paylanılacağını bilmir.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed