Şrift:
Ötən il Avstriyada Roma-katolik kilsəsini tərk edənlərin sayı 14,9 faiz artıb
05.02.2020 [14:06] - Siyasət
Ötən il Avstriyada Roma-katolik kilsəsindən üz döndərən insanların sayı 2018-ci illə müqayisədə 14,9 faiz artıb. Avstriya Yepiskoplar Konfransının statistikasına əsasən, ötən il 67 min 583 nəfər rəsmi şəkildə kilsədən ayrıldığını bəyan edib. Kilsədən ayrılanlar bu addıma görə sui-istifadə hallarını və əsasən də Klaqenfurt şəhər yepiskopu Alois Şvartsa qaldırılan ittihamları əsas kimi göstəriblər. 2018-ci ilin sonunda Avstriyada Roma-katolik təriqətinə inananların sayı 5,05 milyon idisə, ötən ilin sonunda bu rəqəm 4,98 milyon nəfərə düşüb.
Kilsədən ayrılanların sayının artması Roma-katolik kilsəsinin gəlirlərinə də mənfi təsir göstərir. Belə ki, Avstriyada Roma-katolik etiqadına mənsub insanlar illik gəlirin səviyyəsindən asılı olaraq kilsə vergisi ödəyirlər. Kilsəni tərk edən, lakin dini etiqadını dəyişməyən şəxslərin isə belə bir vergini ödəmək mükəlləfiyyətləri qalmır. Avstriya mətbuatında bu məsələ ilə bağlı rəylərdə bir sıra insanların həqiqətən də kilsə, ruhanilər və ümumilikdə dini etiqadla bağlı konkret mövqeləri olduğu və buna görə də kilsəni tərk etdikləri qeyd edilsə də, bir qrup insanın kilsəni sırf maddi səbəbdən – kilsə vergisini ödəməkdən yaxasını qurtarmaq üçün tərk etdiyi də hər kəsə məlumdur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed