Şrift:
Nensi Pelosi prezidentin konqresdəki nitqinin mətnini nümayişkaranə şəkildə cırıb
05.02.2020 [14:13] - Siyasət
İcmalar palatasının spikeri Nensi Pelosi Prezident Donald Trampın konqresdə “Ölkədə vəziyyət haqqında” illik çıxışından sonra onun nitqinin mətnini nümayişkaranə şəkildə cırıb. Donald Tramp çıxışına bir neçə dəqiqə qalmış müraciətin mətninin surətini spikerə verib. Nensi Pelosi bu vaxt görüşmək üçün əlini ona uzadıb, prezident isə dönərək tribunadakı yerində əyləşib. Spiker bir neçə dəqiqədən sonra Trampı təqdim edərkən ənənəni pozaraq dilucu deyib: “Konqres üzvləri, ABŞ prezidenti”. Prezident 80 dəqiqəlik nitqini bitirən kimi, Pelosi onun çıxışının mətni yazılmış vərəqləri götürərək cırmağa başlayıb.
Sonradan mətni niyə cırdığına dair sualı cavablandıran Nensi Pelosi deyib ki, “mövcud alternativlər nəzərə alınsa, bu, daha nəzakətli idi”, çünki “bu, çox iyrənc bir nitq idi”. Xatırladaq ki, 2019-cu ilin sentyabrında Pelosi icmalar palatasında Prezident Donald Trampa qarşı impiçment başlandığını elan edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed