Şrift:
Narkotik vasitə ilə tutulmuş şəxsin evindən bir kiloqramdan çox heroin aşkarlanıb
06.02.2020 [10:30] - Hadisə
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, narkotik vasitə ilə tutulmuş V.Məmmədovla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayonunun Quşçuluq yaşayış sahəsindəki evindən 1,1 kiloqram heroin aşkarlanıb.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Abbasov Samux Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 465 qram marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed