Şrift:
Suraxanıda üç min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb
06.02.2020 [10:33] - Hadisə
Suraxanı rayonundakı evlərin birindən iki ədəd mobil telefon və üç min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov rayon polis idarəsinin 31-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 3-də Kürdəmir rayonundakı MMC-lərdən birinə məxsus əkin sahəsindən suvarma sistemlərinin 20 min manat dəyərində iki ədəd mühərrikini, 63 ədəd çiləyicisini və 69 metr mis naqilini oğurlamaqda şübhəli bilinənlər - rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed