Şrift:
Xarici ölkələrin hərbi attaşeləri Naxçıvanski adına Hərbi Liseydə olub
06.02.2020 [10:53] - Hərb
Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə tanışlıq səfəri təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 13 dövlətin hərbi attaşelik aparatının 16 nümayəndəsinə əvvəlcə hərbi liseyin tarixi və fəaliyyəti barədə ümumi brifinq təqdim edilib. Sonra qonaqlar liseydəki tədris prosesi ilə tanış olublar. Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed