Şrift:
Sartiçala kəndinin etirazına cavab gəldi - Kəndin içməli su problemi həll olunacaq
06.02.2020 [11:28] - Borçalı
Qardabani rayonunun Sartiçala kəndinin içməli su problemi yaxın zamanlarda həll olunacaq. Bu barədə Qardabani rayon bələdiyyəsindən məlumat verilib. Bildirilib ki, kəndin içməli su ilə təmin olunması ilə bağlı hazırlanan layihə artıq başa çatdırılır. Layihə hazır olandan sonra elektron tender elan olunacaq və tikinti işlərinə başlanılacaq. Sartiçalanın texniki su ilə təminatında yaranan problemə gəlincə, rayon rəhbərliyindən bildirilib ki, buna səbəb əsas kanalda aparılan təcili bərpa işləri olub. Bələdiyyədən qeyd olunub ki, Sartiçala, Muğanlı və Saakadze kəndlərinin texniki su ilə təminatı sabah bərpa olunacaq.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed