Şrift:
Masallı və Biləsuvar gəncləri növbəti dəfə #konulluqonaq təşəbbüsünə qoşulublar
06.02.2020 [13:21] - Gənclik
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması ilə əlaqədar region gənclərinin bölgələrdə həyata keçirdikləri “Könüllü qonaq” təşəbbüsü uğurla davam etdirilir. Gənclərin İnkişaf və Karyera Mərkəzindən bildiriblər ki, bu təşəbbüsə fəal şəkildə qoşulan Masallı və Biləsuvar gəncləri növbəti dəfə tədbirlərdə iştirak ediblər. Gənclər həmin rayonlarda yaşayan və xüsusi qayğıya ehtiyacı olan növbəti sakinlərin evlərinə baş çəkiblər. Evdə təmizlik işləri aparan, həyətdə və bağda səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmaq barədə çağırış ediblər.
Xatırladaq ki, bu təşəbbüs xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed