Şrift:
Milli fəallar Şəhruz və Şahin Bərzgərin məhkəmə iclası keçirilib
06.02.2020 [13:43] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni 41 ildir idarə edən dictator mollakratiya rejiminin Güney Azərbaycan siyasəti son aylarda daha da sərt xaeakter almaqdadır. Ötən gün Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Şəhruz və Şahin Bərzgərin Təbrizdə məhkəmə iclası keçirilib. Fevralın 5-də baş tutan məhkəmə prosesində fəalların hansı ittihamla üzləşdiyi məlum deyil.
Belə ki, Şəhruz və Şahin Bərzgər 2019-cu il oktyabrın 25-də Güney Azərbaycan Milli Hərəkatının nüfuzlu fəallarından mərhum mühəndis Əmaninin ildönümü mərasimi zamanı, mərasimdən əvvəl öz evlərində Təbriz Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanmışdır. Şəhruz Bərzgər saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb. İldönümü mərasimi ilə əlaqədar Təbrizdə toplam olaraq 8 nəfər milli fəal yaxalanmışdır.
Yeni ittihamlarla üzləşən Şahin Bərzgər məhkəmə iclasından sonra yenidən Təbrizin Mərkəzi Zindanına aparılıb. O digər azərbaycanlı fəallarla birlikdə Təbriz Ettelaat İdarəsinin təcridxanasında təxminən 3 ay saxlandıqdan sonra bu şəhərin mərkəzi zindanına köçürülüb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed