Şrift:
Ədəbi dil, ədəbiyyatmı, yoxsa yazıdili, yazın?!
07.02.2020 [08:09] - Köşə yazarları
Nədən önəmli qonuları dilə gətirərkən onların keçmişiylə ilgili kimliklərinin gerçəkliyini incələmirik? Nədən onlara yüklənən anlamla, onların kökəniylə bağlı anlamlarına önəm vermirik? Bunu etmədiyimizdə sözlərdə anlambilimlə (semantik) kökənbilim
(etimoloji) arasında uyuşmazlıq olur. Bununla da bu sözlər çağ gərəyi yeni sözlərin yaradılmasına döllənmir, qatır kimi qısır, soysuz qalır. Belə özgə sözlərdən dilimizdə çoxlu örnəklər var. Onların başında dillə bağlı olduğu üçün "Ədəbi dil", "Ədəbiyyat" sözləri gəlir.
Ədəb ərəbcə yaxşı davranış, görgü... deməkdir. "Burada "İ" bağlantılı (nisbət) əkidir. Bu ək addan, önad (sifət) düzəldir. Bugün də dilimizdə çoxlu örnəkləri var. Örnəyin, tarixi, siyası, ictimai, elmi, mənəvi, ruhi.... Göründüyü kimi bu sözlərin hansısa birinin gerçək kökənbilgisini bilmədən işlədirik. Bu da çağ keçdikcə, sözlərin deyimlə anlam dəyişikliyinə gətirib çıxarır. Türkiyədə dil devrimindən sonra bu əkin yeində Türkcədə olan,L, IL, İL, UL, ÜL, AL, EL, SAL, SEL kimi əklərlə şoxlu yeni sözlər yaradıldı. Bu sözlər artıq əski ərəbcə, fransızcaların yerlərini tutmuşlar. Türkcə qarşılıqları türlü açıdan özgə sözlərdən daha gözəl, daha anlamlı, daha yumuşaq, daha axıcıdılar. Duyqusal (hissi), Bölgəsəl( Məntəqei), Kişisəl (Şəxsi), Gələnəksəl( ənənəvi), Bireysəl (Fərdi), Bilimsəl (Elmi)...
Demək ədəbi, görgüsəl, ədəbli deməkdir. İndi biz buna Dil adını artırdığımızda olur Ədəbli Dil. Belə bir dil anlayışı başqa budunlarda varmı? Yox. Baxaq.
Ruslar “literaturnıy yazık”, ingilislər “literary language”, firansızlar “droit litteraire”, finlər “kirjalinen kieli”... deyirlər. Ədəb sözünə ruslar “paryadoçnıy”, ingilizlər “decency”, fransızlar “decence”, fincə “səədüllisüüs kunnollinen” deyilir. Göründüyü kimi bu dillərdə ədəbi dil anlayışı yox, yazı dili, yazılı söz anlayışı var. Bu dal, yazıyla ilgilidir, davranışla yox. Demək doğru adı Türkcəsi YAZI DİLİdir. Biri 150 il öncə ağzından bir yanlışı qaçırmış, biz də bu yanlışa tutub gedirik. Buna görə də bu söz dilimizdə öz dalı üçün döllənməyə gedəcək bir söz deyildir. Söz bütün yönləriylə gülüncdür. Ədəbli dil! Belə bir dil anlayışına yalnız gülünür. Bir yazı dili var, bir də danışıq dili. Yazı dilinə aldanıb ədəbi dil dediyimiz üçün, yenə bizi ərəbcə dilənçiliyinə götürüb "Şifahi dil" anlayışını dilimizin belinə yükləmişlər. Şifah ərəbcə ağız, dodaq deməkdir. Şifahi sözünün qarşılığı Özlü, danışıq deməkdir. Şifahi dil, Sözlü, danışıq dili anlamındadır. Görən şifahi sözünün anlamının Türk budununun yüzdə neçəsi bilir? Kəsin ərəbcə dərin bilməyənlər dışında kimsə bilməz. Ancaq, danışıq, sözlü sözlərinin anlamını bilməyən Türk olarmı?
Əskidən yazını da təkəlində saxlayan takımerkil (oliqarşik) düzənlər, belə bir sinifsal ayrıcalığın olmasını istirdilər. Buna görə də Avropada belə yüzillər boyu Latin dili egemənliyi vardı. L. Bayron belə yazdığı ingilizcəsinə güvənmirdi. "Ölülər" yapıtında Ş.Nəsrulllah bunun gözəl örnəyidir. Ancaq çağımızda yazıb oxuma artıq gənəlləşmiş daha anlaşılmaz dillər toplumun qarşısına çıxılmaz. Bütün alanlarda toplumla içli, dışlı olacaqsan.
Əski öyküncü (təqlitçi) anlayış bizə soyut ancaq gülünc bir Ədəbi dil (ədəbli dil) anlayışı aşılamışlar. Bu anlayış gərəyi toplumun əkinsəl (kültürəl) damarlarında olan Türkcə sözlər uyduruq, gülünc " ədəbi dil" alanına girməmiş, yerinə anlamını, kökənini bilmədiyimiz, ərəbcə, farscaları doldurmuşlar. Buna görə də dillə toplum arasında aşınılmayacaq bir dağ yaradıb, dillə, toplumun qaynayıb, qarışmasını önləmişlərdir. Dil insanı heyvandan ayıran ən boyuk olqudur. Dili insanın özüdür. Dil demək insan deməkdir. Dilə hansısa bir sınırlama gətirilərsə, dil toplumdan qopar. Dilin toplum arasında güvəni, onun toplumla duyğusal, düşünsəl bağlarıyla bütünləşir. İstər yazı dili, istər, danışıq dil olsun, dil ərkin olarsa gəlişər, mənimsənər, sevgi, güvən qazanar.
Türkcələri bu anlamsız Ədəbli Dil üzündən “loru” adlandırıb, yazı dilinə buraxmamışlar. Nə yazıq bu sözdə dilçi Şeyix Nısrullahlar dilin güvənini sarmış, yaradıcı insanların düşüncə, duyğu, sevgi dilini ölüşgətmişlər.
Buna görə evrən boyda geniş olan dili uydurqu “Ədəbi dil”də öldürmüyəlim.
Bunların dediyi “Ədəbi dil” gerçəkdə Dilbilgisi deyil, sözcük bilgisidir. Nə yazıq işin gerçəyindən uzaq olduqları üçün Sözcükbilimiylə, dilbilgisini qarşıdırmışlar. Yazı dili demək sözlərin doğru yazılması deməkdir. Daha burada dilbilgisinin işi yoxdur. Bu gün Quzey Azərbaycanda Şirvan bölgəsinin ağzı örnək alınaraq sözlər yazına alınmışdır. Örnəyin Güneydə daha çox Geçdi deyə dilə gətirilər, Quzeydə isə, Keçdi kimi yazılar...
Bu sözü Tənzimatdan sonra Şinasi, fransızca "Litterature" sözünə qarşılıq olaraq işlətmiş, ondan sonra da Türk yazınına g(k)eçmişdir. Ancaq sözün kəkənbilgisi Söz anlamına gələn latinca "Littera" sözündən alıntıdır. Burada daha gözəl davranış, Görgüdən söz edilmir. Şinasidan sonra da yanlışlıq günümüzə kimi gəlmiş, burada yanlış anlaşmalar da olmuş, Türkcələr dışlanmışdır.
Ədəbiyyat, bu sözün də fransızcası olan " Litterature" düşünülərək N. Kemalın ilk işlətdiyi yazıdır. Göründüyü kimi bu sözün də anlambilimiylə, kökənbilimi bir biriylə uyuşmur. Fransızca littera sözünün anlamını yuxarıda verdim. Söz deməkmiş. Demək litterature də sözlə bağlı yazın deməkdir.
Ruslar literatura, ingilislər literature, fransızlar litterature, finlər kirjallisuus... deyirlər. Hansısa bir ulus bu uzluğ (Yazına-Ədəbiyyata) ədəblər toplusu demir. Bütünü yazı, yazınla ilgili söz işlədir. Ədəbiyyat sözünün kəkənbilgisi, görgülülər, ədəblər deməkdir. Göründüyü kimi bu eyləm ədəb, görgü sözündən uzaqdır.
Dil devrimindən sonra önərilən Yazı dili, Yazın (Ədəbiyyat), bu iki deyimi bütün yönləriylə doğru qarşılayır. Buna görə Türk budununun gerçək üst kimliyi olan Türkcəni geçmişdə olan özgə dil basqınlarından arındırdığımız təkin, çağımızda da özgə dil basqınlarından qorumamız gərəkir. Ancaq dünə qarşı gündə birdirsə, bu günə qarşı gündə 100 söz düzəltməmiz gərəkir. Bunu etməzsək, dilimiz basqınlar alıtında əzilib ölər.

Ərsan Ərel
Helsinki/Finlandiya
Bu xəbər oxucular tərəfindən 212 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed