Şrift:
“Məhəbbət əfsanəsi” baleti yenidən Akademik Mariya Teatrının səhnəsində
07.02.2020 [08:29] - Mədəniyyət
Fevralın 18-dən 20-dək Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında görkəmli bəstəkar, Azərbaycanın xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti nümayiş etdiriləcək. Onu da qeyd edək ki, bu səhnə əsərində Fərhadın partiyasını fevralın 19-da Azərbaycanın əməkdar artisti Timur Əsgərov ifa edəcək.
“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) olub. Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır.

DAVAM.AZ
“Sankt-Peterburq Bürosu” (Rusiya Federasiyası)
Bu xəbər oxucular tərəfindən 324 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed