Şrift:
Luis Hamiltonun Şumaxerin rekordunu yeniləmək üçün hər cür imkanı var
07.02.2020 [08:50] - İdman
Sabiq Formula 1 pilotu, braziliyalı Rubens Barikello nüfuzlu turnirdə çempionluq sayından danışıb. O, Luis Hamiltonun əfsanəvi Mixael Şumaxerin rekordunu arxada qoya biləcəyini istisna etməyib: “Luis çox güclü pilotdur. Onun son 6 ildə 5 dəfə çempion olması təsadüfi deyil. Həm də nəzərə alaq ki, Luis yaşlı da deyil. Zənnimcə, Şumaxerin rekordunu yeniləmək üçün hər cür imkanı var”.
Britaniyalı pilot 84 dəfə Qran-pri qalibi olmaqla yanaşı, 6 dəfə dünya çempionluğunu bayram edib. Şumaxer 7 çempionluq və 91 qələbə ilə liderdir. Qeyd edək ki, Barikello 2000-2005-ci illərdə “Ferrari”də Şumaxerin komanda yoldaşı olub və 2 dəfə vitse-çempion adını qazanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 173 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed