Şrift:
Qarabağda yeni müharibə gözlənilir
21.09.2012 [11:32] - Hadisə
Gələcəkdə yeni Qarabağ müharibəsi gözlənilir.

Davam.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, belə bəyanatla Ermənistan Milli Konqresi Partiyasını Ermənistan Parlamentində təmsil edən deputat Hrant Baqratyan çıxış edib. Onun sözlərinə görə, Ermənistan müharibədə deyil, hələ ki, bircə döyüşdə qələbə qazanıb.
Qrand Baqratyan bildirib ki, ermənilər döyüşdə qazandığı qələbəni möhkəmləndirə bilməyiblər. Onun fikrinə görə, yaxın gələcəkdə problemi yerindən tərpətmək mümkün olmayacaq və bu da Qarabağda yeni müharibəni qaçılmaz edəcək.
“Azərbaycan yeni müharibəyə hazırlaşır, biz isə işə getməmək üçün yeni kilsə bayramı fikirləşirik. Azərbaycan 40 milyardlıq silah alıb, gələcəkdə isə öz peykini orbitə çıxarmağa hazırlaşır. Böyük dövlətlər müharibənin başlamasına imkan verəcəklər, çünki onlar regionda yeni balansın formalaşmasında maraqlıdırlar”, - deyə H.Barqatyan fikirlərini yekunlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 1305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed