Şrift:
Şahmat üzrə Azərbaycan kuboku turnirinin final qarşılaşmaları keçiriləcək
07.02.2020 [13:07] - İdman
Fevralın 7-də şahmat üzrə Azərbaycan kuboku turnirinin final qarşılaşmaları keçiriləcək.

Böyüklər arasında yarışın final partiyası Aydın Süleymanlı ilə Ülvi Sadıqov arasında oynanılacaq. On iki yaşadək şahmatçıların yarışında isə Şahin Vəliyev və Tunar Davudov mübarizə aparacaqlar.
Böyüklər kateqoriyasında üçüncü yer uğrunda görüşdə Nicat Abasov və Xəzər Babazadə, 12 yaşadək şahmatçıların yarışında isə Həsən Orucov və İsmayıl Süleymanlı qarşılaşacaqlar.

Fevralın 4-də start götürən Azərbaycan kuboku turniri Respublika Şahmat Mərkəzində keçirilir.
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed