Şrift:
Nüfuzlu milli fəal Zeynəb Həmrəng qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır
07.02.2020 [13:13] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni 41 ildir idarə edən molla rejimi son bir neçə ayda daha da qəddar bir siyasət yürütməkdədir. Belə ki, Güney Azərbaycan Milli Hərəkatının üzvləri hər addımda təqib olunur, həbsxanalara atılır və işgəncələrə məruz qalırlar. Milli Hərəkat üzvlərinin basilica tələbləri Güney Azərbaycan Türklərinin milli-mədəni hüquqlarının ana yasada təsbit olunan qanunlar çərçivəsində tanınması kimi prolemləri gündəmə gətirirlər. Bu da molla rejiminin xoşuna gəlmir. Belə ki, aşırı irqçi şovinist və dini siyasət yürüdən molla rejimi heç bir toplumun milli-mədəni hüquqlarını tanımamaqda israrlı olduğunu davam etdirir.
Rejimin təhlükəsizlik qüvvələrinin yanvarın 14-də Tehranda həbs etdiyi milli fəal Zeynəb xanım Həmrəng hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır. Xanım fəalın vəziyyətindən heç bir xəbər yoxdur. Milli fəalın müvəqqəti zaminə buraxılması üçün 6 milyard rial dəyərində mülki vəsiqə təyin olunsa da, məhkəmə daha vəsiqə qəbul etmədiyini bildirib. Rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı xanım fəalın həyat yoldaşına təzyiq göstərərk onu hədələyib və bildiriblər ki, Zeynəb xanımın həbsinin davam etməsi xəbərini yaymasın.
Qeyd edək ki, Zeynəb Həmrəng Seyidbəyli yanvarın 14-də Tehranda qızı ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Milli fəal saxlanıldığı zaman evində axtarış aparılıb, təhlükəsizlik qüvvələri ona məxsus bəzi şəxsi əşyaları özləri ilə götürüblər.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed