Şrift:
Kürdəmirdə ağır yol qəzası baş verib: ölən və yaralanan var
07.02.2020 [13:14] - Hadisə
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini Aslan Qəhrəmanov idarə etdiyi KİA markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənardakı beton lövhələrə çırpılıb. Zərbənin təsirindən sürücü elə hadisə yerindəcə ölüb.

Avtomobildə sıxılıb qalan Gəncə sakini, 1982-ci il təvəllüdlü Rəhimova Xəyalə Ziyad qızı xilasedicilərin köməyi ilə çıxarılıb. Ağır bədən xəsarəti alan yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed