Şrift:
“Siqareti tərgitmək üçün kabinetlər yaradılacaq!”
21.09.2012 [11:40] - Sağlıq
Sentyabrın 20-də Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə Siyasəti və İslahatlar şöbəsinin müdiri Töhfə Cəmilovanın başçılığı ilə “Azərbaycanda qeyri-yoluxucu xəstəliklərlə bağlı vəziyyət və qeyri-yoluxucu xəstəliklərin risk faktorları” mövzusunda brifinq keçirilib.

Toplantıda son vaxtlar Azərbaycanda geniş yayılmış qeyri-infeksion xəstəliklərinin yayılmasının səbəbləri və onun qarşısının alınması yolları müzakirə olunub. Azərbaycanda QİX-in sürətlə yayıldığını deyən Töhfə Cəmilova: “Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2010-cu ildə Azərbaycanda ölüm hallarının 80%-i əsasən QİX ilə bağlı olub. 2010-2020-ci illər ərzində QİX-lə bağlı ölümlərin 15% artacağı gözlənilir. Azərbaycanda yoluxucu olmayan xəstəliklərə qan dövranı xəstəlikləri, xroniki tənəffüs xəstəlikləri, şəkərli diabet və s. aiddir!” bildirib. Töhfə Cəmilovanın sözlərinə görə QİX-in yayılmasına əsas səbəb tütündən istifadə və tüstüsünə məruz qalma, alkoqollu içkilərdən ifrat istifadə, qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik, artıq çəki və s. faktorlar aiddir. Azərbaycanda QİX-ə yoluxanların 50 faizdən çoxunu kişilərin təşkil etdiyini bildirən Cəmilova: “Azərbaycanda tütündən istifadə edənlərin sayını azaltmaq üçün xüsusi kabinetlər yaradılacaq. Bundan başqa alkoqollu içkilər və siqaretdən istifadə edənlər üçün pulsuz müayinə həftələri keçirmək də planlarımıza daxildir. Azərbaycanda QİX-in qarşısını almaq üçün sosial reklamların sayı artırılmalıdır!” deyib.
Bu xəbər oxucular tərəfindən 1258 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed