Şrift:
Ankarada “Abay ili”nin açılışı olacaq
07.02.2020 [15:19] - Köşə yazarları, Mədəniyyət
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Ankarada “Abay ili”nin açılışı münasibətilə konsert keçiriləcək.

Fevralın 9-da “TRT Arı” studiyasında planlaşdırılan konsert Türkiyə Prezident Administrasiyasının simfonik orkestrinin müşayiəti ilə reallaşacaq. Konsertin ifa heyətində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Qaqauz Yerini (Moldova) təmsil edən görkəmli sənətçilər təmsil olunurlar.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 2020-ci ili türkdilli dövlətlərdə “Abay ili” elan edib. Bu qərar əsasında cari ildə TÜRKSOY-a üzv ölkələrdə böyük qazax mütəfəkkiri Abay Kunanbayevin həyat və fəaliyyəti ilə bağlı silsilə tədbirlər keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed