Şrift:
Millət öz başıpapaqlı kişilərini xaricin maşalarına əzdirməz !
07.02.2020 [16:15] - Xəbərlər, Siyasət, MDH
Ölkəmiz üçün çox vacib olan parlament seçkilərinin təbliğat-təşviqat kompaniyası bitmək üzrədir. Çox təəssüf ki hər dəfə olduğu kimi, bu dəfə də ölkəmizin imicinə zərbə vurmaq istəyən xarici qüvvələr maşalarını önə çıxararaq aktivlik nümayiş etdirməkdədir. Kompaniya dövründə dövlətin ali qanunverici orqanına keçirilən seçkiləri lağ obyektinə çevirmək, inamsızlıq mühiti yaratmaq, ölkənin hörmət olunan siyasətçilərini gözdən salmaq, yəni ümumilikdə seçkiyə qədər "seçki baş tutmadı" donu tikib seçkiyə geyindirmək cəhdləri davam edir. Bu qrant ovçuları dövlətin hümanist davranışından sui istifadə etməklə məlum kompaniyaları əxlaqsızlığın pik nöqtəsi ilə aparırlar.
Bəli, hazırda ölkədə seçki ilə yanaşı, ideologiyaların savaşı gedir. Ölkədəki seçkiləri gözdən salmaq üçün QƏRB, RUSİYA VƏ İRAN hər zaman aktiv olan və daha çox müxalif eloktaratın cəmləşdiyi 31 Saylı Suraxanı ikinci seçki dairəni də hədəfə alıb. Trol ordusu, facebook səhifələri, xaricdən idarə olunam youtube kanalları ilə səviyyəsiz əlaltılarına hər cür dəstək verərək məhz milliyyətçi olduğu üçün Fərəc Quliyevi, MDHP-ni də hədəf seçiblər. Bu prosesdə hər cür yalana və çirkin qara piara əl atılır, provokasiyalara çəkməyə, gözdən salmağa cəhd edirlər.
Xatırladım ki, ssenarisi dəyişməyən bu qısametrajlı oyunbazlıq filmi 2010-2015- ci illərdəki parlament, 2013-2018-ci illərdəki prezident seçkilərində də təkrarlanmış, hər dəfə də fiaskoya uğramışdı. Çünki o "qüvvə"lər hər dəfə unudurlar ki, bu dövlət sağlam təməllər üzərində qurulub. Bu dövlət və onun sahibi olan sağlam düşüncəli millət öz varlığını ortaya qoyaraq əldə silahla dövlət qurub bayraq qaldıranları, təmənnasız olaraq ona, millətinə xidmət edənləri, olduğu hər mövqedə dövlətini müdafiə edib onu xarici qüvvələrə qrant qarşılığında satmayanları ölkənin varlığını təhlükə altına atmağa cəhd edənlərə qurban verməz.
Unutmaq lazım deyil ki, bu "qüvvə"lərin məqsədi mandat, vəzifə deyil, ağa babalarına xidmətdir. Yeni və müasirlik sevən gəncliyi milli ideologiyadan uzaqlaşdırmaq, dəyərli olanlarımızı onların gözündə dəyərsizləşdirməkdir. Onların Dövlət Babalarına olan inamını sarsıtmaqdır. Milli və mənəvi dəyərləri tapdayan bu arxalı azlıq kütlənin siyasi şou sevdiyini anlayır, yalan və böhtan gücündən istifadə edərək dövlətimiz üzərində süni pressinq imkanları əldə etmək məqsədilə stəkanda fırtına şouları yaradırlar.
Bəs bütün bunların arxasında dayanan xarici qüvvələr, xüsusilə də Qərb bilmirmi ki, Avropada Fransa inqilabından sonra xüsusi tarixi şərtlər daxilində ortaya çıxmış müasir milliyyətçilik ideologiyasının vüsət aldığı XVIII əsrdən bəri dövlətləri quran, qoruyan, təmənnasız xidmət edən o cəmiyyətin yalnız 20% milliyyətçi insanı olub?! Hər kəs kimi sizin üçün də Avropa və Şərq arasında körpü rolu oynayan əvəzolunmaz Azərbaycanda da tarix boyu bütün yük o milliyyətçi kəsimin çiynində olub. Düz bildiniz! Hakimiyyəti məqsəd deyil, məqsədə çatmaq üçün vasitə sayan, qırmızı xətti keçməsinə imkan verilməyən, dövlətə qarşı istənilən təhlükədə öndə olan o milliyyətçilər məhz bizlərik və bizlər sufi dərvişlər kimi hər yerdəyik! Bizlər təmənnasız olaraq vətənə xidmət edirik. Bu bizim şərəfli alın yazımızdır. Bu yolda milliyyətçilərin dəstəklədiyi Fərəc Quliyev isə heç bir hakimiyyətdə təmsil olunmayıb, olunmur. O, millətinə güvənərək onun səsi, vəkili olmaq üçün bir yarışa qatılıb və millətinin səsi ilə onun vəkili olması üçün ən layiqli, ən şanslı namizəddir. Onun bir istiqlalçı deputat kimi millətinin vəkili olmağa tam olaraq hüququ və haqqı var. Söz və seçim isə millətimizindir!
9 fevral - millətin başıpapaqlı kişilərimi, yoxsa xaricin maşalarımı?! Seçiminiz dövlətimizin talehidir!
Dəyərli xalqımıza sayğılarla.
Mətin Quliyev.
Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed