Şrift:
Müsibət oluruq biz, səhv düşəndə yerimiz
07.02.2020 [17:30] - Köşə yazarları
Zaman-zaman gündəmə gələn Azərbaycançılıq pafosu, tamada fason şairciklərin vətən – millət yanğısı, Təbrizdən – Dərbəndə, Borçalıdan – Qarsa kimi bütöv Azərbaycandır mövqeyi, özlüyündə hələ yerləşdiyi ərazinin spesifik xüsusiyyəti və bu xüsusiyyətin bəxş etdiyi qeyri müəyyənliklər sindromundan əziyyət çəkən yarım milyonluq bir etnik sayı daha da pərakəndələşdirir. Onsuz da bir tərəfdən İranlı, bir tərəfdən Turanlı, bir tərəfdən Türkiyəli, bir tərəfdən Gürcüstanlı, bir tərəfdən Azərbaycanlı olan bu yarımca milyonluq etnik sayın hələ özünə yer tapa bilməməsi uzun illərin probleminə çevrilib və təəssüflər olsun ki, hələ də həll olunmamış qalır. Təbii ki, bu həll olunma məsələsi bir illik, bir aylıq proses deyil zaman, təhlil, müzakirə, mübarizə tələb edir. Bu kiçik abzası baş verən son hadisələrə həsr edib keçirəm söhbətimizin əsas məğzinə)))
Yuxarıda qeyd etdiym mübarizələr içində biri də var. Siyasi iştirak. Hansı ki, bizim ölkədə yalnız hakim və müxalif partiya arasında seçim etməklə məhdudlaşır. Biz əgər bərabərlik tələb ediriksə bu bərabərliyi bütün istiqamətlərdə təmin etdirməyə çalışmalıyıq. Buna necə nail ola bilərik? Siyasi qətiyyətlə. Biz qavramalıyıq ki, seçim hüququ bizim konstitusiya ilə təmin edilmiş fundamental haqqlarımızdan biridir. Bu hüququ siyasi kimliyindən asılı olmayaraq heç kim bizim əlimizdən ala bilməz. Amma – alır. Ona görə alır ki, biz kifayət qədər məlumatlı deyilik. Biz hələ də elə bilirik ki, dominant partiyaya səs verməsək pensiyamız kəsiləcək, sosiyal müavinətimiz dayandırılacaq, işdən çıxarılacağıq. Təbii ki, bütün bunlar bizə olunan hədə - qorxuların nəticəsidir. Təssüflər olsun ki, partiyalar, ələlxüsusda hakim partiyalar bizimlə bu dildə danışır. Lakin siyasi müqavimətin miqyası nə qədər geniş olarsa, bu ədalətsizliyə etiraz edən nə qədər çox olarsa bu tendensiyanı da dəyişmək bir o, qədər asan olar.
Yalnız belə - belə biz bu ölkədə siyasi sistemi dəyişməyə nail ola bilərik. Bu gün müxalifətdə olan lakin, hakimiyyətdə olduğu zamanlar elə indiki hakimiyyət kimi haqqları pozan, öz vətəndaşlarına qarşı güc tətbiq edən heç bir eks hakimiyyətlər indi yenidən hakimiyyətə gəlsə öz duruşunu müsbət mənada dəyişməyəcək. Çünki bu ölkədəki qeyri formal idarəçilik sistemi, siyasi jarqona çevrilmiş hədə -qorxu, hüququn öz şəxsi mənafeyi uğruna interpretasiyası bilinən təcrübədir və hakimiyyətlər üçün xeyli “effektli”dir. Bu effekti kökündən qazımaq üçün siyasi mövqenin çoxrəngliyinə ehtiyac var. Bu gün siyasətdə təmsil olunanlarımızın yarıdan çoxunun siyasi ideologiyası yoxdur. Dünən liberal demokratiya altında mübarizə aparanlar bu gün birdən birə mərkəzi solçu oldular. Doğurdanmı bu ölkədə milli azlıqlar içində bu iki siyasi görüşdən başqa görüş yoxdur? Heç kim leyborist (əməkçilər partiyası) deyilmi? Heç kim sosiyal demokrat deyilmi? Heç kim çentralist sağçı deyilmi? Yalnız iki partiya arasında seçim etmək və uzun illər Həcərin Səfa və Mərvə dağı arasında yürüş etməsinə bənzəyən o yan – bu yana qaçış bir daha bunun təsdiqidir ki, bizdə siyasi karyera hakimiyyətdə olmağa hesablanıb. Çünki hakimiyyətdə olmaq varlı olmaq deməkdir. Çünki hakimiyyətdə olmaq sayılıb – seçilmək deməkdir. Çünki bizim insanımızın əqli təfəkkürü gücdən, puldan, vəzifədən, meydan oxumaqdan o, yana getmir.
Dünyada hansı tendensiyalar var, kim hara gedir bu bizlərdə elə də vacib deyil. Bizim üçün vacib olan budur ki, görəsən kimi satım, kimə yaltaqlanım, hardan külli miqdarda pul qazanım, kimi şantaj edim, kimin şəxsi həyatını ifşa edim. Və bu təfəkkürdə yaşıyanlarımızın böyük çoxluğu təssüflər olsun ki, bizi siyasətdə təmsil edənlərdir və bir daha təəssüflər olsun ki, elə hakimiyyətlərimiz də bu təfəkkür qaydası ilə işləyirlər. Buna görə idealların nədir? Necə düşünürsən? Harada təhsil alıbsan? Bunlar elə də əhəmiyyətli deyil. Bizim ölkədə əhəmiyyətli deyil. Əgər əhəmiyyətli olsaydı diplomu mübahisəli olan bir şəxsi müddətsiz hakim təyin etməzdilər. Əgər belə şeylər əhəmiyyətli olsaydı parlamentdə bu gün daha savadlılarımız oturardılar. Lakin, bizim ölkədə küçə uşağı təfəkküründə olan insanlara daha çox ehtiyac var. Çünki onlar potensiyal səsin haradan və necə alınacağını yaxşı bilirlər...

Elnur Nazim
Bu xəbər oxucular tərəfindən 246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed