Şrift:
"Dəlidən doğru xəbər " və ya "Şalaxo"
07.02.2020 [17:32] - Köşə yazarları
Ucuz siyasətin şorbası artıq Gürcüstanın az qala brendi olub. "Paccahlıq" quşu təsadüf başına qonan Salome xanımın bu dəfə söylədiklərindən yeni bir siyasi xəngəl naharı hazırlanıb. Seçki ərəfəsində Amerika Rusiya münasibətlərini neytral müstəvidə saxlanılması üçün namizədliyinə yaşıl işiq yandırılan bu üzü Fransız içi kosmopolit xanım deyib ki, əgər biz bölgəni fəth etmək istəsək, yəni cənubi Qafqazda, ya ümumilikdə Qafqazda, Türkiyə və Orta Doğuda söz sahibi olmaq istəsək bunun üç yolu var. Birinci güclü və hər kəsin sayqı göstərəcək, müasir texnoloji silahlarla donanmış, modern ordun olmalıdır. Türkiyə,İran,Rusiya,Azərbaycan kimi. İkinci güclü iqtisadiyyatın olmalıdır. Rusiya,Türkiyə,İran,Azərbaycan kimi. Bu gedişlə və ölkədəki mövcud iqtisadi,demoqrafik,siyasi böhranı da nəzərə alsaq bunların olacağı ümidi yaxın perspektivdə görünmür, amma, "bölgəni fəth etmək üçün böyük bilik, elm, mədəniyyət adlı çox güclü bir silahımız var". Onun bu çıxışı əslində bir gürcü xanımının, bir gürcü qanının, bir gürcü davranış və mentalitetinin XXI əsrdə çöküşünü hüznlə və kədərlə izləyərək çonqurisini sinəsinə basaraq söyədiyi bir yanıqlı nəğmədir. Həm özünün yaşı və fiziki imkanının həyatın bu sürətinə yetişə bilmədiyinin etirafıdır,həm də, öz şəxsində xalqının üzləşdiyi duruma bir təəssüf hissi ilə çözüm aramaqdır və ona görə ilk oncə "komleksiniz var"- deyə təmsil etdiyi topluma irad tutur. Salome xanım görür, Tiflisin bir dönərxanaya döndüyünü, Marcanaşvilinin türk yeməklərini sərgiləyən bir lokanta sokağı olduğunu, Veranın Çin Koreya dilində danışan bir fahişəxanaya çevrildiyini. Salome xanım eşidir Batumidəki sünni iftarındakı duaları, Marneulidəki azan səsini, Qorinin 30 km- liyindəki rus danışığını. Tbilisidəki Azərbaycanlaşan universitetləri, küçələrdəki yabancı dildə ucalan mahnıları, narkotikləşən gəncliyi, kazinolarda müflisləşən kütləni. İçindəki ağrını dilə gətirir, irad tutur,"komleksiniz var"- deyə. Yəni bunlar durduğu yerdə olmur deyir. İşləmək əvəzinə, birgə gələcək naminə zəhmət yerinə "komleksiniz"ə köklənib kənd adlarını dəyişərsiz, hər döngəyə bir xaç qoyarsız,məktəbləri bağlayarsız, dili yasaq edərsinzsə nəticəsi bu günkü reallıq olur-deyir Salome xanım. Başınız qarışar bu komleksə,bir də gözünüzü açarsız və görərsiz ki, kəndinizi şəhərinizi,"daça"nızı satın alıblar,o adını dəyişdiyiniz kəndlərə qatıblar. Hər döngəsinə,təpəsinə xaç qoyduğunuz o məskənlərin hər birinə bir "Allah evi" tikiblər. O, bağlamaq üçün min türlü "qanunı" diskriminasiyanıza cavab olaraq,dilini öyrənib,universitetinə doluşub sənin öz dilində "hodri-meydan" deyərlər. Mədəni irsinə vurduğunuz "qıfıllar sənin olsun"- deyib yeni internet resurslar, qəzet, jurnal, kanal açıb yüzillik məcmuəni kölgədə qoyarlar. Salome xanımın bu qısa "esse"sində təsvir olunan şəraitin keçən əsrin əvvəllərində mövcud olanlarla eyni mütanəsib olduğunu çoxu bilməsə də Salome xanım bunu bilir və o, zaman bu genetik fondun əslində sovet rusiyası tərəfindən qorunub saxlandığını da, ya oxuyub analız etdiklərindən, ya da, şüuraltı bilir. Cavaxetiyanın, Borçalının, Acarıstanın, Abxaziyanın, Cənubi Osetiyanın o vaxt da, "gedə biləcəyini" və kimin hesabına "getmədiyini"də gözəl bilir Salome xanım. O bir, gürcü xanımı olaraq gördüyü fəlakətlərdən vətənini qurtarmaq üçün, sətiraltı, toplumun təpkisindən çəkinə-çəkinə, ehtiyatla Gürcüstanın gələcəyinə bir yol xəritəsi cızır. Bu, xəritədə ən əsası NATO nağılı yoxdur və ya NATO hesablna "bölgəni fəth edərik"- deyə bir ümid pəncərəsi belə açılmır..Bu xəritə Gürcüstanı ancaq "mədəniyyətlə,elmlə birləşdirə bilərik"- deyir..Daha topla,tüfənglə Abxaziya,Cənubi Osetiya alına bilməz- demək istəyir..oturub danişmaq,mədəni,elmi əlaqələri genişləndirmək,qapıları açmaq zamanıdır deyir Salome xanım. Öz toplumuna birgə yaşadığınız insanlara münasibətdə komleksdən azad olun deyir dövlət başçısı. Salome xanım bu siyasi bəyanatı şərqdə deyir, qərbdə demir və bununla da başqa bir mesaj da verir:- "Ayılın"- deyir,"Gələcək"-dediyiniz şey, üzünü "monqol"- deyib istehza etdiyiniz şərqə tutub,siz isə hələ NATO, "Qeyparad" kimi amorf ifadələrlə gürcü mentalitetinin gözəl ənənələrini unudub Gürcüstanın öz içində özünüzün necə əridiyini görmədən,zaman qayb edirsiniz-deyə fəryad edir."Şalaxo", "dolma", "Sari gəlin",Şuşa,kilsələr. Kim nə tapırsa mənimdi dediyi bir vaxt gəldiyini bilir Salome xanım. Adamın əlindən "Şalaxo"nu alıb,"Şalaxo" oynadırlar,Qarabağı alıb,"Qarabağ şikəstəsi" oxudurlar. Əslində, haşa Salome xanımdan,atalar bu yerdə deyib:- Dəlidən,doğru xəbər"...

Zumrud Qurbanli
Gürcüstan Parlamentinin keçmiş üzvü
Bu xəbər oxucular tərəfindən 223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed