Şrift:
Budunsal bəlləyimiz Güney Azərbaycan devinimində etgilimi?
07.02.2020 [18:54] - Köşə yazarları
Ölkələrin tarix boyu sınırlarını siyasal güclər bəlirləmişlər. Azərbaycanın da sınırları tarix boyu dəyişikliyiə uğramışdır. Yaxın tarixdə Güney Azərbaycanın sınırları Qəzvindən Quzey Azərbaycanın sınırına kimi olmuşdur. Ancaq Demokrat firqəsinin hakimiyətinin 1946- cı ildə yıxılışından sonra, bu sınırları İran adlı devlətim şoven siyasəti gərəyi daha da qısatılmışdır. Bilindiyi kimi İran adlı bir ölkənin tarixində belə Azərbaycan adı Türklüklə özdəşdir. Bunu İsfahanda, Şirazda, Bəluçistanda... da kimə sorsan belə tanımlar. Azərbaycan demək Türk deməkdir. Gerçək İran adlı bir ölkənin tarixi də belə deyər. Bu tarixsəl bəlləyi dəyişdirmək üçün türkə qarşı yağı olmaq baxışları ilə tanınan Pəhləvi hakimiyətindən sonra, Türkü əritmə siyasəti gərəyi insanların bəlləyində bunu dəyişdirmək yürürlüyə qoymuşlar. Bu siyasəti yürülüyə qoymada dövlət bütün gücüylə Azərbaycana ekonomi, toplumsal piskoloji, deyim yerindəsə tarixsəl aşındırma, əkinsəl aşağılma uyğulamışdır. Bunların bütününü Türkcəni aradan aparmaq üçün etmiş, etməkdədir.
Əski savunma baxanı Jeneral Rəzmara "Doğu Azərbaycanın əsgəri coğrafiyası" bitiyinin ön sözündə yazar: " Azərbaycanın manı (eybi) onun dilidir. Dövlət dərin programlarıyla bu manı aradan qaldırmağa çalışır..."
Göründüyü kimi bütün güclərini Azərbaycanda Türkcəni yox edib, Türkləri gerçək budunsal kimliklərindən uzaq tutub, əritmək üçün qoymuşlar. Bu siyasətlərin gərəyi belə neçə önəmli işləri dərin dövlət proqramarlarıyla uyğulamışlar.
1- Ekonomi. 1967-ci ildə Məmmədrza Pəhləvinin "Ağ devrim" adıyla başlatdığı sözdə yeniliklər bütün yönləriylə Azərbaycanı dağıtmaq üçün hazırlanmışdır. Dövlət Azərbaycanda Türkün farslaşmasını olanaqsız bilir, Türkü Azərbaycandan ayırıb, farslaşdırmaq yolunu daha uyğun bilirdi. Buna görə Türkü öncə Azərbaycandan çıxardıb, sonra əriməsini ön görürdü. O dönəmə kimi Türkü Azərbaycanda tutan, taxılçılıq, bağçılığıdı. Dövlət bunun yolunu onları yox etməkdə görürdü. Bu nədənlə dışardan gətirdikləri montaj teknoloji Türkü Azərbaycanda tutan taxılçılığa, bağçılığa qarşı qoydu. O dönəmə kimi Azərbaycana “İranın taxıl ambarı” deyilirdi. Dövlət Tehrandan Azərbaycana gedən əski bir yola iki ayrı böyük yol daha açıdı. Tehranla Kərəc arasında olan bu uç yolun çevrəsinə bütün montaj işlikləri tikdi. Ancaq İranın yüzdə yetmişinə gedən Qum, Vəramin, Xəzər dənizi bölgəsinə gedən yollara heç bir önəmli işlik açmadı. Türkə 10 qırana başa gələn taxılı, 11 qırana almadı. Onun yerinə Amerikadan 50 qırana buğda gətirib, 10 qırana bazara sürdü. Bir yandan da geniş biçimdə toplum içində piskoloji bildirilər yayınlayıb, Tehranda pul süpürülər deyə, Türkü yerindən, yurdundan edib, o böyük işliklərə sürgün etdi. Bu acını sevgili N. Mənzuri " Son nağıl , son Əfsanə" öyküsündə acınacaqlı biçimdə anladır.
Bunlar alman nazilərinin insan yandırma kürələrini anımsadır. Buraya köçən Azərbaycan Türkləri ikinci kuşaqdan sonra ana dillərini unudub, farslaşırlar. Baxmayaraq Tehranın içində, Məcidiyə, Evin, Şimşək... kimi çoxlu yerli Türk kəndləri vardı.Eləcə də Tehranın çevrəsində Gərmisar, Qum, Ərak,Save, Dəmavən təkin şəhərlərdə, eləcə kəndlərində də çoxlu yerli Türklər vardı. Ancaq insanların beynində Tehranın bir fars şəhri olduğu önyarqısı, oraya gedən Türklərdə farslaşma istəyi yaradırdı. Günümüz Tehranda olan böyük yolların, küçələrin çoxu bu siyasətlə farslaşdırılan Türk sinlikləridilər (məzarlıqlardılar). Tehranda olan dar, sıxıcı hər bir küçə birər Azərbaycan kəndinin sinliyidir. Çox acınacaqlı olsa da, bu ölüləri yenidən diriltmək çox çətindir, çox. Ancaq olanaqsız deyil.
Taxılla quruyemiş Güney Azərbaycanlını Azərbaycanda tutan qaynaqlardılar. Dövlət "Ağ devrimlə" bu dayanaqları da yox etdi. Əli boşda qalan Türk əli-qolu bağlı Tehranın, eləcə də iranın başqa yerlərinin yolunu tutdu. Devrimi bir buduna soyqırım olacaq ölkənin, vətəndaşı olmaqdan daha nə acınacaqlı durum olabilər?
2- Əkinsəl (kültürəl). Bir budunun budunsal kimliyni ayaqda tutan onun dili, əkinsəl yazınıdır. Bunlar yox olarsa, o budun yox olmuş deməkdir. Fars şoven uzmanları da bunun bilincindəydilər. Bu nədənlə Türk kimliyini yox etmək üçün türlü yollara baş vurdular. Bu uzmanların bir çox önəriləri, Hitlerin nazi uzmanlarına rəhmət oxudurdu; "Azərbaycanda sütevləri yaradəb, orada doğulan uşaqları analarından alıb o evlərdə böyütmək gərəkir. Sütevlərində çalışanların bütünü məcburi farsca danışmalıdılar. Bu arada analara da farsca eytim verilməlidir. Onlara uşaqlarını görmək üçün qoşul
(şərt) olaraq fars dili öyrənmələri gərəkir..."( Şeixulislami)
Göründüyü təkin, Türkçəni aradan aparmaq üçün çəkinmədən belə düşüncələri yazabilir, böyük toplantılarda dilə gətirirdilər. Bu yazılıb, deyilənlər dışında dövlət Türkcəni aradan apramaq üçün daha geniş programlar uyqulurdu.
“Türküxər”, bu deyimi ilk olaraq Qəzvinli Arif bir qoşuğunda işlədər, sonra da yırlarında (mahnılarında) dinləndirər. Sözsüz bu deyim Məşrutənin ürünüdür. Buna baxmayararq Arif Güney Azərbaycan Türklərində də Türkçülük etgisi yaratmaq istəyən S. Nəzifə adayar. Ancaq Arifin bu deyimi sözsüz Güney Azərbaycanda Türkləri də qapsayar. Ondan sonra dövlət proqramları gərəyi bu deyim Toplum içində türlü yollarla yayqınlaşdırılmağa qoyular. Bu doğrultuda gülməcələr, filmlər, teatrlar, özəlliklə əkinsəl dövlət proqramlarında, özəl toplantılarda dilə gətirilər. Türklərə aşağılıq gülməcələri düzəldilib, basın, yayın orqanlarında topluma aşılanar. Öncələri Türk aydınları geniş biçimdə bu aşağılamağa qarşı qoyarlar (İrəc Mirzənin “Arifnaməsi”, Şəhriyarın “Tehranla tehranlı” qoşuqları kimi). Ancaq özlərini İntenasiyonal tanımlayan sol qurumlar heç deyinməzlər.
Pəhləvi dönəmindən sonra bu aşağılamaq yuxarda vurğuladığım doğrultuda geniş yayqınlaşar. Bunun da başlıca nədəni siyasal iran yönlü qurumların yaranması olar
(Tudə, Fədayi, Mücahid, İslam fədayiləri...). Bu qurumlar yaradılandan sonra, bütünü fars öbəkli (mərkəzli) iran yönlü bir uluslu dövlət anlayışı yazını biçimləndirərlər. Sağlı, sollu siyasal çevrələr, dövlətin qollamasıyla bu yazın üzərində birləşərlər. Ondan sonra fars öbəkli İrançılıq düşünsəl İdeolojik boyut alır. Bunla da Azərbaycan Türk aydını bilmədən də öz budunsal kimliyindən yoxsun aydına çevrilir. Burada manqurd söyləvində (əfsanəsində) olduğu kimi dəvə dərisi Azərbaycan aydınının başına g(k)eçirilir, öz geçmişini unudur. Beləliklə Azərbaycan Türkü daha Turanlı deyil, iranlılıq üçün savaşır. Onun kimlik bəlləyi yox olar. Öz səsi, duyğusu, dölü olmayan soyusuz bir qatıra çevrilir. Yerli olmayan iranlı siyasal yazını, beləliklə Azərbaycan aydınından bir qatır yaradar. Ondan sonra iranda olan bütün siyasal yüklərin ağırlığı bu qatırlara yüklənər (Tudə- Ərani, Mücahid- Hənifnəjad...). Günümüz Güney Azərbaycan deviniminin önündə də ən böyük sorun bu qatırlardılar.
Fars şoven siyasəti sürəkli Türkçülüyün Güney Azərbaycana gətiri (idxal) olduğunu topluma aşılamağa çalışar. Busa (Bu isə), gerçək dışı bir yalandır. Çün, Türkçülük Güney Azərbaycanda olan bir tarixsəl gerçəklikdir, gətiri deyildir. Yüzillər boyu Türkün egəmən olduğu bir topraqda Türkçülüyün olması kimi doğal nə ola bilər? Ancaq, son 90 ildə Türkçülüyün izlərini silmək üçün çalışan bir devlət siyasəti belə bir yalana qol çəkər. İnsanların tarixsəl bəlləyini yox etməyə çalışar. Klasik fars qoşuğunda Firdosidən başqa, Türklə, Türktaz adı, bütün çalarlarıyla olumlu (müsbət) anlamlarda işlədilmişdir. Bu qonulara neçə il öncə sürəkli yazdığım (Dünəndən bu günə Güney Azərbaycan) başlıqlı yazılarımda geniş deyinmişəm. Bu nədənlə
uzatmaq istəmirəm.
İranın siyasal sol yazını bütün yönləriylə Türk qarşıtıdır. Bunun başlıca nədəni də, Türkün geçmişdə uzun sürə 3 anaqaraya egemən olmasından qaynaqlanır. Sol din qarşıdı olsa da, tarix anlayışında xrstianlıq bayrağı altında gözükür. Onların bəlləyində xaçlı savaşlar adsız da olsa yaşamaqdadır. 20-ci yüzildə rus qazıbilminin (arkeoloji) atası sayılan akademik M.İ Artamanovu Qaliyley sayağı yarqılayan bir anlayış, evrənsəl insancıl bir anlayış deyil, şoven bir anlayışdır. Keçmiş SSRİ adlı imperatorluğunu yönətən bu anlayış, yalnız bir sınıfı egəmənlik deyildir, bir rus soyunun egemənliyiydi. Bu açıdan yazılan siyasal tarix də rusçuluq üzərində quruluydu. Bilindiyi üzrə SSRİ solçuluğa analıq etmişdi. Bundan dolayı yüzillər boyu Türkün egemənliyi altında olan fars, rus, çin, yunan, erməni, avropalı, ərəb ... bəlləyi əski Türk düşmanlığını siyasal yazınında yansıdırdı. Güney Azərbaycan solçu aydını da öz geçmişindən bilincsiz olduğu üçün, bu yanlış siyasal yazına qulluq edirdi. Bunun yanında iran fars şoven hakimiyəti də Türkcə tarixsəl, bilimsəl qaynaq nə varsa yox edib, toplumu bilincsiz saxlayardı. Bu nədənlə Leinin sevgisini daşıyan, onun düşüncələri uğurunda savaşan Güney Azərbaycan Türk aydını, Qurtuluş savaşında kömək etdiyi Atatürkə olumlu baxışla baxmırlar. Sosalizmlə ayaqlaşan devrimlərindən bilgisizdilər. Bu bilgisizlik, cahil Rza Pəhləvi düşüncə düzəniylə örtüşürdü.
Atatürkü çoxlu yabancı solçu örgütlər, özəlliklə Avropa, Latın Amerikası, Afrika, Asiya düşünürləri öncül devrimçi olaraq mənimsərlər. Onun devrimcilik ilkələrini örnək alıb sayqı göstərərlər. Ancaq bilikli olaraq Güney Azərbaycanda solçu kəsimi Türkiyəyə sevgi duymasınlar deyə, Atatürkü Rza Pəhləvi kimi basqıcı, gerici bir diktator təkin tanıdarlar. Siyasal yazınlarında da heç deyinməzlər. Güney Azərbaycan Türküylə, Quzey Azərbaycan Türkiyə Türklərini əkinsəl, tarixsəl açıdan bir birindən ayrı tutmağa çalışarlar. Örnəyin Tudəçi İ. Rzanın "Qafqaz Albaniyası..." bitiyi. Bu Türk düşməni bitiyində Arazın Quzeyinin tarix boyu Aran, Albaniya adlandığını qanıtlmamaq istəyir. Aranın, Albaniyanın Azərbaycanın bölgələri yox, bütünü olaraq yazır. Əski hansısa bir tarix qaynağına da deyinmir. Bu siyasal tarıx, fars öbəkli iran yönlü siyasal, toplumsal çevrələrcə sorğusuzca mənimsənir. İran dövləti bu siyasal tarixə qarşı araşdırmaları, başqa düşüncələrı basqıcı dövlət siyasəti gərəyi kimi yasaqlayır. Bu nədənlə insanlar hakim bir budunun tarixini, məhkum budunların üzərində bilimsəl olaraq görürlər.
Solun öncüllərindən olan Ərani, Təbəri, Kəsrayi yazın olaraq internasiyonalistdən çox Rza Pəhləvinin naisyonalistləri içində görünürlər. Bu böyləikən fars sol yazını da bu öncülləri izində getmişlər.
Sol necə Rıza Pəhləvini izləmişsə, sağ yazını da bu yolu izləmişdir. Bu qonu da bütünü bir yolun yolçusudurlar. Örnəyin Rəfsəncaninin Əmir Kəbiri, Məkarime Şirazinin əski iran tarixini övən yazılarıyla fars şoven yazən üyələri. Bunların da sayları uzundur.
Pəhləvi dönəmindən günümüzə iranın istər siyasal, istər əkinsəl, istər toplumsal yazını bütün yönləriylə ayrılıqsız faşist bir yazındır. İndiyə kimi hansısa bir fars qoşuqçusu, yazını bu siyasətə qarşı bir təpki göstərməmişdir. Ancaq bu yazına Ə. Şamlu kimi ünlülər də qol… qanad vermişlərdir.
İranda dinçi basqıcı bir dövlətin qurulması da Pəhləvi dövlətinin Türk düşməni siyasətini sürdürmüşdür. İki il boşluq illərində türlü türlü Türk dərgiləri, gündəcləri (qəzet), bitikləri o illərdə görmək olar. O dönəm Azərbaycan dərnəkləri də Türk insanıyla əkinsəl ilişgilər, siyasal, budunsal eyləmlər yürütdülər. Ancaq təlsəgənliyə varıb, “Xalq Müsülman Hərakatı” adıyla hazırlıqsız Tehrana qarşı qoymaq istədilər. Bu islam devrimini irana gətirən batı gücləri, Pəhləvini gətirən güclər olduğu üçün, jeopolotik dəyişiklərin olmamsına özən göstərdilər. Buna görə də Türk qarşıtı siyasətdə ödün vermək istəmədilər.
Qonarma “Xəlqi Müslman” devinimi hazırlıqsızdı. Toplum qatmanlarında budunsal düşüncəli alt yapı yoxdu. Başına qoyulan molla özü budunsllıq açısından sorunlu biriydi. Bu adam Pişəvəri dönəmində demokrtalara qarşıydı. Bu devinimin beyni Pişəvəri dönəminin adamları olasalar da, başla uyumsuzluq içindəydilər: "Onlarla görüşmək üçün Quma getdik. Ona bir az dirənişli olmasını istədik. O isə dedi: “Siz məndən Pişəvəri düzəltmək istirsinizsə, yanılırsınız..." deyirdi C. Heyət. Baxmayaraq Cavad Heyət bu devinimi açıq qollamırdı, ancaq başqa Türk aydın kimi bu devinimdən yanaydı.
Belə bir tutarsız adamın ipi üzərində odun yığmağa çalışırdı. Farsaların islam deviniminə kimi də Türklərdən çəkincələri vardı. “Xəlqi Müsəlman” devinimi sürəcində, Türklərin iranı dağıdacaqlarını düşünürdülər. Bu hazırlıqsız devinimin yenilgisindən sonra, farslar o qorxunu da yendilər. Farsların qorxularının ən böyük nədəni Əsgəriyədəndi. İranda Türk dövlət gələnəklərinə uyğun əsgəriyəni də yalnız Türklərin yönətiminə burxardılar. Bu Şah Abbas dönəmində Qızılbaşların yox edilməsiylə azacıq etgisiz olsa da, 1875-ci ildə Nasərətdin Şahin Rusiya ilə bir araya gələrək qazaq birliklərinin qurulmasıyla yasalaşdı. Bu yasalar gərəyi əsgəriyinin ən üst düzey yetgililərinin azından yüzdə 75 Türk olmalıydı. Bu Pəhləvi dönəminə kimi surdu. Ancaq ondan sonra da etgisi azalsa da, Türklər yenə əsgəriyədə öz güclərini qorudular. İslam devrimindən sonra “bəsic”, “sepah” adıyla yeni silahlı güclərin yraanması, son sözü də sepahın yetgisinə verilməsi Türk əsgəri gücünə böyük itgi oldu. Deyiləbilər, onların da içində çoxlu Çəmaran... kimi Türklər vardı. Doğrudur, ancaq artıq Türk əsgəri gələnəyindən gəlmirdilər.
“Xəlqi Müsülman”ı anlatdığımın nədəni, hazırlıqsız başqaldırının nə kimi sorunlar çıxardığını anımsatmaqdı. Toplumsal bir devinimin Toplumun bütün qatmanlarında toplum gücü olmazsa, o devinim yox olar, o toplum da umudsuzluğa qapılar.
Məşrutədən bu yana Güneydə Türk kimliyi yazını toplumsal, siyasal, yazınsal, əkinsəl olaraq oluşulmadı. Ancaq dövlətlə dövləti qollayan Avropa öbəkçi güclər, fars öbəkli, iran yönümlü bu yazınları oluşdurdular. Buna görə də sağ, sol yazınının bütünü fars egemənliyi qulluğunda oldular. Bu nədənlə "Azərbaycanı xarabaya qoyan məşrutə" (Xiyabaninin sözüdür) Xiyabanı, Pişəvəri, “Xəlqi Müsəlman” devinimlərində çoxlu qan itirdi. Bütünün olumsuz sonucları Azərbaycandan can aldı, Azərbaycandan böyük köçlərə nədən oldu.
"İdraki sönük başçıların qəfləti ancaq
Etmiş edəcək milləti həp əldə oyuncaq
Turana qılıncdan daha kəskin ulu quvvət
Yalnız mədəniyət mədəniyət, mədəniyət" ( H. Cavid)
"Klasik fars yazınına, Türk sarayları analıq etdi" ( Rəsulzadə)
Onlarla Türk xanlığı, bəyliyi, dövləti, impratorluğu, üç anaqaraya egəmən olan Türkün, onlarla Dədə Qorqud, Qutadqubilik, DLT kimi yazıtları varmı? Yox. Buna görə R. Grose; "Türklərin saraylarında dillər, dinlər ayrıcalığı yoxdur. Onları yalnız egemənlik düşündürüdü" deyir. Yalanmı? O da yox.
Buna görə yüzillərlə 3 anaqaraya egrmən olan Osmanlı saraylarında bir soysuz qatır dili yaradıldı, "Ətraki bir idrak" kimliyi verildi" At belində gözdən qızan Türkə". (Türk gözdən, Tat dizdın qızar Oğuz yazıtları) Türk ana kimliyi olan dil öz saraylarına aşağılanıb, əkinsəl gəlişimdə qısır qoyuldu. Bu nədənlə Türk aydınının içində aşağılıq taxıntısı (kompleksi) yarası açıldı: "Nədən Qətranlar, Xaqanilər, Nizamilər... Türkçə deyil, farsca, ərəbcə yazdılar? Böyük böyük dövlətlərin xaqanları olan toplumun başçıları nədən Türkçəni əkinsəl yöndən qısır buraxdılar?..."
Bu soruların taxıntısından dolayı, hansısa bir əkinsəl varlıq izi buraxmayan islam öncəsi fars əkinindən sözlüdən (şifahidən), yazıya (kətbiyə) bir Təpəgöz yaratdılar. Bu Təpəgözü Avropa öbəkçiləri doğurdusa da, bizim qucağımızda bəslədib böyütdülər. İslam öncəsi bir fars uyqaqrlığı varsa, onun əkinsəl izlərinə gözgü tutacaq, bir düşünür, bir qoşuqçu adı tarixdə varmı? Yox. Biz Türklər üçün Təpəgöz qonumunda olan klasik denilən fars qoşuğu da islamdan sonra farscaya gəldi. 14 əruz qoşuq biçimi, eləcə də tanıtımı bütünü ərəbcədir. Farsca quralsız dil olduğu üçün əruz ölçülərinə boyun əyib o qurallara yenildi. Ancaq yoxluğunu bu kopya yolluyla qoruya bildi.
Burada ən ənəmli qonu ərəb əruzunu kopyalaıyan fars qoşuğu edilgənmi (məfulmu), etgənmi (fail)? Edilgən olduğu açıqdır. Nədənisə, bu qoşuğun səsbölgüləri (failaton, məfailon...) eləcə də ölçü birimləri (qəzəl, məsnəvi...) ərəb əkininin edilgənidir. Əskilərdən Cami, yenilərdən Ş.Kətkəni (aşırı farsçıdır) Qoşuqla, dizgenin (nəzmin) ayrıcalıqlarını gündəmə gətrimişlər. Kətkəni bütün farsca yazılan qoşuqlar da ərəb etgisinin ezginliyini duyduğu üçün, çoxlarını qoşuqçu deyil, dizeci (nazim) adlandırır. Azərbaycan düşünürü Mirzə Fətəli Axundiovun " Nəzm nəsr" (1859) yazısı bu açıdan qonu üçün çox dəyərlidir. C. Quluzadənin" Şeir bülbülləri" də bu anlamda dəyərləndiriləbilər.
Acınacaqlısı Türkiyədə Quzeyli, Güneyli Azərbaycanda edilgən (fars) yazınına taxılıb qalanlar var.
Bir C. Quluzadə kimi " Tiryəki, uşaqbaz... fars yazını Azərbaycana nəsə verməz" deyənmir. Bunun ən böyük nədənisə, akademiyaların tezlərində tozlanmış, kötüklənmiş düşüncə soyağaclarının bilim olaraq mənimsənməsidir. Kimsə Kral çılpaqdır! Dayanın sayqınlıq adıyla çılpaq gəzməyin! Bu kürkünə büründüyünüz sözdə bilim geçmiş ölülərin, diktatorların sıraqulluq (hiyerarşık) yaşamlarının yetiridir demir.
Düşüncənin içəriyindən (muhtivasında) çox özdeyiş (aforizm) qavramlarına (məzmünlarına) taxılıb qalmaq, uzluq sanılan qoşuğun gerçəyindən çox qurqusuna (montajına) dəyər verməkdir.
Cami, Axundov bu nədənlə fars, Türk qoşuğunda dizgəciylə, qoşuqçunun ayrıcalıqlarını bəlirtmək istəmişlər.
Axundov bu anlayış gərəyi əruzçuların bütününü dizəci adlandırmışdir.
"Şəbi hicran yanar canım, tökər qan çeşmi giraynım
Oyadar xalqı əfqanım, qara baxtım oyanmazmı?"
"Kühkən künd eyləmiş min tişəni bir dağ ilən
Mən qopardıb salmışam min dağı bir dırnağılən"
Buranın harasında yaradıcılıq var? Bütün uzluqsal bətimləmələr (təsvirlər) Füzulidən öncə, ərəb, fars qoşuqçularının saqqızı olmuşlardılar. Türk saraylarına Türkcənin girməməsi də bu anlayışdan dolayıdır.
Əzikliyə bax;
"Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim
Nəzmi nazik, Türk ləfzilə ikən düşvar olur
Məndə Tofiq olsa bu Düşvari asan eylərəm
Nobahar olaqac tikandan bərgi gül izhar olur"
Bu əziklik üzündən Türkcə qoşuq dili olaraq öz saraylarından dışlandı, farsca Təpəgöz kimi böyüyüb, Oğuzun başına dərd oldu.
Ərəb qoşuğunun dar ölçüləri Türk dilinin səs (fonetik) yapısına uyğun olmadığı üçün, Türkcə səsini, duyğusunu bu ölçülərdə səsləndirə bilmirdi. Yalın (bəsit) dar əruz ölçüləri Türkcənin at tanımlı qıvraq, incə səslərini gəvşək ərəb dəvəsi yaşamına endirirdi. Hansısa bir uzluq bir topluluğun bütün yönləriylə yaşam fəlsəfəsinin yansımasıdır. Bir dilin oluşumu da bir topluluğun yaşam gərəsiminin ürünüdür. Qoşuq da bu yaşamı dillə necə, nə tür (qoşuqçu qoşuğunda niyə, nədən, nə tür yazmanı deməlidir, deyir, Rolan Bart). Türkçə əruz biçimində yazılanları "Niyə", "Nədən" sorusunu yanıtlarsalar da, "Necə" sorusunu yanıtlayamır.
Dilin səs oluşmunun ayrıcalığından dolayı, Türkcə ərucada əzginlik içinə sürükləndi. Buna görə də Türk budunu əruzcayı heç mənimsəmədi. Yalnız saray anlayışı əzikliyindən dolayı, biriləri əskilikdə tozlandırmış başını, kötüklənmiş (kodlaşmış) bilim adıyla ayaqda tutmaq istıdilər. Yenə Türkçəyə uyğun olmayan muğamı da quyruğuna bağladılar. Ancaq o da yüzillərdir Türkün toplumsal anlayışnda yerini almadı. Oxuyanlar elə "Şeir bülbüllərində" olduğu təkin, kral çılpaqdır deyə bilməyən qorxaqlar üçün oxundu, oxunur.
"Muğamı Hinstandan, əruzu da ərəblərdən böyüklər gətirdilər. İkisini də böyüklər gətirib, böyüklər də götürəcəklər" deyirdi M.Ə Sabir ( S. Mümtaz- seçilmiş əsərləri)
Baxırıq əruzu böyüklər aradan götürdülər, ancaq yeniliyə açıq olmadığımız üçün muğamla insanlara ölüləri yaşadırlar yenə də.
Axundovun görməzdən, bilməzdən gəldiyi qonu aşıq qoşuğunu gerçək Türk yazını görməməsiyidi. Qasım bəy Zakir də, Molla Pənah Vaqif də gördüyü bu ayrıcalıqdı. Qoşma, Garaylı, Bayatı, (Tuyuğu da demək olar) kimi Türkcənin qoşuq biçimləri aşıqlarla gəlişmiş, ayaqda durmuşdur. Bunu xalq yazını adıyla Türk yazınından uzaqlaşdırmaq anlamsızlıqdır. Şəhriyarın “Heydər Baba”sı, qoşuq biçimində yazılmasaydı, bu dənli toplum içində mənimsənməzdi. Əruz, muğam Türkün düşüncə soyköküylə çelişgidə olduğu üçün toplumdan qopuq, öncə saraylarda, sonra da sarayların qalıtı (varisi) akademik öbəklərdə yaşam sürdürdü. Bu üzdən saraydan dışlanan Türkcə, akademik alanda özünə yer edinmədi. Bunun da ən başlıca nədəni, bu bilim yuvaları denilən yerlərin egemənliyini əsgiciliyə dayalı düşüncə soyağaclarının kötüklərinin özgələrdən gəldiyidir. Burada olan bilimsəl sıraqulluq anlayışı Türkcənin gerçək qoşuq anlayışını içinə alabilmir. Bu sıraqulluq anlayışı gerçəyə dayalı devrimci düşüncəni önlür. Bu nədənlə öyrətmənin dedikləri bilimsəl yasa anlamında dəyişməz olaraq qalır.
Qonuyu toparlamaq istəsəm, belə bir özət ortaya çıxar. Əsgilərin bilincsiz daytaması, bir taxıntı olaraq Güney Azərbaycan insanında qalmış, bu taxındını adlaycaq devrimci düşüncələr gəlişməmişdir. Güney Azərbaycanda bu taxıntının qalmasında Türkiyədə, Quzey Azərbaycanda Türk düşmənliyilə dolu Avropa mərkəzçi öbəyinə öyrəncilik edən sözdə akademiklərdilər. Ağızlarında pers uyğarlığını, fars qoşuğunu düşürməzlər. Biri də hansı pers uyğarlığından danışırsınız deməz. Perspolisi uyğarlıq sanırsınızsa, orada yunan etginliyinin edingənliyi açıq görünür. Hansısa bir düşüncə izi, düşünür adı yox. "Ərəblər, yunanlar yandırdılar" yalanına sığınmaq kimi böyük yalan omaz. Belə bir uyğarlıq vardısa, Firdovsi Sistanda bir pəhlivandan (Rostəm yeli bud dər sistan, Məneş kərdəmeş rüstəme dastan) tarixi qəhrənmanlar uydurduğuna, bu denilən uyğarlığın əkinsəl yönlərinə deyinsəydi məntiqlı olmazdımı?
Güney Azərbaycan Türkünü yalançı əskiyə dayalı bu əkinsəl taxıntıdan qurtarmaq gərəkir. Bu taxıntı sürdükcə, Güneydə Türkün ərəməsi (asimlə) qaçınılmazdır.
Güneydə eytimi öz ana diində yasaqlanan budunun sorunların biri də, Toplum içində Türkcənin bilimsəl dil olmaması, yetərsiz bir dil olduğu alqısı yaradılmasıdər. Bu gün Güneydə səsverməyə gedilərsə, Türklərin yüzdə yemişinin azından belə düşündüyünü görmək olar...

Ərsan Ərel
Helsinki/Finlandiya
Ardı var
Bu xəbər oxucular tərəfindən 267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed