Şrift:
İsveçdəki diaspor fəallarımızla görüş olub
08.02.2020 [11:27] - Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov İsveç-Azərbaycan Federasiyasının idarə heyətinin bir qrup üzvü ilə görüşüb.

Höteborq şəhərində keçirilən görüşdə federasiyanın, bu şəhərdəki Azərbaycan Evinin nümayəndələri, Malmö şəhərində yaşayan diaspor fəalları iştirak ediblər.

Görüşdə İsveç-Azərbaycan Federasiyasının və onun tərkibinə daxil olan təşkilatlarin fəaliyyəti, soydaşlarımızın İsveç cəmiyyətinə inteqrasiyası məsələləri ilə yanaşı, gənclərdə assimilyasiya hallarının qarşısının alınması, milli dəyərlərin təbliği istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparılıb. Görüş iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, diaspor təşkilatları ilə səmərəli əməkdaşlıq prinsipləri barədə məlumat verilib, yeni layihələr müzakirə edilib. Soydaşlarımızın koordinasiyalı fəaliyyətinin və şəbəkələşməsinin önəmi qeyd olunub.
Görüş Höteborq şəhərindəki Azərbaycan Evi ilə tanışlıqla davam edib. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti komitənin dəstəyi ilə yenicə nəşr olunmuş Azərbaycan dili və tarixi, ölkəmizlə bağlı həqiqətlərə dair kitabları Azərbaycan Evinə hədiyyə edib.
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed