Şrift:
Bəylikdən qaçaqçılığa-qaçaqçılıqdan dövlətin zirvəsinə yüksələn mücahid
21.09.2012 [12:58] - Xəbərlər, Türkün şanlı tarixi
Ulu Türk yurdu olan Borçalının ən dahi şəxsiyyətlərindən biri olan Emin Ağa Borçalı 1868 ci ildə Borçalının Kəpənəkçi kəndində Hacallı nəslində Ağa ailəsində anadan olmuşdur. Həmin illər Borçalı mahalı Rusiya İmperiyası işğalında idi və Qəza (Borchalinskiy uezd) statusunu almışdı.

Emin ağa uşaqlıqdan dini və gimnaziya təhsili alaraq ərəb və Rus dillərini mükəmməl öyrənir. Sonra Ağbulaqda meşə Akademiyasını bitirir.

20 yaşı olarkən Bölgə Qubernatoru onu Telavi qəzasına –Xüsusi Tapşırıqlar üzrə məmur təyin edir.
Emin ağanın bölgədə günü gündən artan nüfuzu bəzi paxıl insanlara rahatçılıq vermirdi.Onlar Emin ağanı aradan götürmək üçün ona sui qəsd düzəldirlər.Ayıq olan Emin ağa ona suiqəsd edənləri öldürür. Emin ağa günahsız olduğunu başa sala bilməyəcəyini anlayıb istintaqdan qaçır və özündən asılı olmayan bir şəraitdə Borçalıda, Osmanlı və İran ərazilərində məcburi qaçaqılığa başlayır.

Bir neçə il sonra Çar Rusiyasının Borçalı gənclərindən ibarət ikinci müsəlman alay komandanı , Rus-Yapon müharibəsi qəhrəmanı Georgi medallı Astan ağa Borçalıda Rus ipmerialistlərinin öz başnalığından bezərək onlara qarşı çıxır və öz dəstələri ilə Türkiyəyə keçməyi qərara alırlar Yolüstü onlar Çar dövlətinin Knyazı Orbeliyaninin mülkünü talayaraq dövlət ordusuna məxsus olan 40 seçmə döyüş atını özlərilə aparırlar.

Bu hadisədən şoka düşən Qubernator Qolitsin nəyin bahasına olursa olsun ordu atlarının geri qaytarılmasını tələb edir.Bu işin öhdəsindən gələcək adam tapılmayınca bütün ümidlər Emin ağaya dikilir.Çar höküməti Emin ağaya xəbər göndərərək ona atları geri qaytaracağı təqdirdə onun əfvinə söz verilər.Emin ağa şəxsi nüfuzu hesabına Osmanlıdakı atları geri qaytarsada Çar höküməti vədinə xilaf çıxaraq onu həbsə atır və o burada bir müddət cəza çəkir.

1905-1907 ci illər inqilabı zamanı Azərbaycanda olduğu kimi Borçalıda da ermənilərlə-Azərbaycan Türkləri arasında milli münqaişə baş verir.Tiflisin Hallovar , Meydan məhəllələrində və Borçalının o vaxtı inzibati mərkəzi Şulaverdə savaşlar daha gərgin vəziyyət alır.Emin ağa Borçalı gənclərilə erməni qətliamlarının qarşısın alaraq onlara ağır zərbələr vurur. 1907 ci ildə Çar Rusyası Borçalıya ordu yeridib burada hərbi vəziyyət yaradırlar.Bu rejim 1912 ci ilə kimi davam edir. 1915-17 ci illər arasında Emin ağa Yekatrinfilddə (indiki Bolnisi) məskunlaşmış azğın Almanlarla dəfələrlə vuruşaraq hər dəfəsində onları darmadağı edir..1917 ci ildə Nəriman Nərimanovu (əsərlərində Borçalı bəylərini tənqid etdiyinə və komunist olduğuna görə) 1918 ci ildə isə Tiflisdə Fətəli xan Xoyskini (İstiqlalçı olduğuna görə) ölümdən xilas edir.

17 dekabr 1917 ci ildə ermənilər qəfildən Borçalıya hücum edirlər. Emin ağanın da iştirak etdiyi savaşda Borçalılar ermənilərə böyük itki verdirib geri oturtdular.Həmin ilin 30 dekabrında Borçalının dağ Borçalı adlanan hissəsi Loru, Pəmbək və Cəlaloğlu Rus hakimiyyəti tərəfindən neytral zonaya çevrilir və bir il sonra ermenistana (Yerevan qəzasına) verilir. 1917 ci ilin sonları 18 ci ilin əvvəlləri bir çox xalqlar Rus İmperiyası əsarətindən canını qurtarıb öz müstəqilliklərini elan etməyə çalışırdılar.İlk olaraq 1917 ci ildə Krım Tatarları öz müstəqilliklərini elan edirlər.Ardınca isə Ahıska (Mesheti) Türkləri və İğdır ərzisindəki şiə Türkləri (Araz) öz muxtariyyətlərini qurduqlarını elan edirlər.Azərbaycan, Gürcüstan və ermənənistan (əslində ermenilər tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığının yerində Rusların köməyi ilə öz dövlətlərini qurdular) öz milli müstəqilliklərini elan etməyə hazırlaşdıqları bir varxtda Borçalılar da azadlığa çıxmaq istədiklərini açıq aydın dilə gətirirlər. 1917 ci ilin dekabrında Emin ağa, Borçalı Xeyriyyə cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə, Borçalının həm sünnü (Yusif əfəndi Allahyarzadə), həm şiə (Şeyx Məhəmməd Əli) qazıları ilə birgə Borçalı Qarapapaq Türk Cumhuriyyətinin yarandığını rəsmən imzalayırlar. XX yüzilliyin əvvəllərində sahəsi 6057 kv.km olan Borçalının ərazisi 4360 kv.km olur. 1918 ci il mayın əvvəlində Azərbaycana yardıma gələn Nuru paşanı Cəlaloğlunda (Ardahan sınırı) qarşılayıb onları Qazağa qədər ötürür.1 ay sonra Emin ağa İsrafil bəylə Gəncəyə Nuru paşanın yanına gəlib onu Borçalıya qonaq aparırlar.Borçalılara silah sursat verməklə yanaşı öz töfsiyələrini verən Nuru Paşa 1 həftə sonra geri Azərbaycana qayıdır..5 noyabr 1918 ci il tariixndə Emin ağa Qarsa gələrək burada Osmanlı paşası 9-cu Ordu Komandanı Yaqub Şevqi Paşa ilə görüşərək Borçalı Qarapapaq Türk cumhuriyyətinin yaşaması üçün ondan yardım istəyir.Yaqub Şevqi Paşa isə ona Ahıska Höküməti (paytaxtı Ahılkələk, başçısı Osman Sərvər Atabəy) və Araz Cumhuriyyəti (paytaxtı İğdır başçısı Əmir bəy) ilə bir bayraq altında birləşib yeni bir Türk Cumhuriyyəti qurmaq təklifini edir.Beləliklə 30 noyabr 1918 ci ildə Qarsda “ Qars islam Cumhuriyyəti ” nin qurulması elan edilir.
Beləliklə dövlətin Sədri (Prezidenti) -Emin ağa Borçalı, onun yardımcısı Sarıqamışlı Piroğlu Fəxrəddin bəy seçilir. "Milli İslam Şurası Mərkəz-i Ümumiyyəsi" adıyla yerli bir hökümət (Nazirlər Kabineti) də Kəpənəkçi Emin Ağa başqanlığında qurulur.

Beləliklə Baş Nazir – İbrahim bəy Cahangir
Hərbi Nazir - Həsən bəy Cahangir
Ərzaq Naziri - Yusif Yusifoğlu
Ədliyyə Naziri - Abbasəli Alibey
Maliyyə Naziri - Məmməd bəy Soltanov
Daxili İşlər Naziri - Rza bəy
Xarici işlər Naziri - Fahreddin bəy.

Dövlətin daxilinə Qars, Ardahan, İğdır, Naxçıvan, Borçalı, Ahıska, Ağbaba, Amasya, Batum vilayətləri daxil idi. Dövlətin ərazisi 40 min kv. km. əhalisinin sayı isə 1.8 mln. Ordunun sayı 8 000 idi. Hökümətin 18 bənddən ibarət konstitusyası,12 nazirlər kabineti, 131 millət vəkili, gerbi və üzərində ay ulduz olan yaşıl qırmızı rəngli bayrağı təsdiq olunmuşdu. Rəsmi dövlət dili Türk dili idi.Emin ağa dövlətin xarici dövlətlər tərəfindən tanınması üçün əlindən gələni əsirgəmirdi. Onlar qonşu dövlətlərə teleqramlar göndərib onlardan kömək və rəsmən tanınmalarını istəyirdilər.
8 Dekabr 1918 tarixində “ Qars İslam Cumhuriyyəti ” adından Qars-İstanbul-Tokyo (Yaponiya) xətti ilə vurulan (Fransızca) teleqramlardan birinin surəti belədir :

Hörmətli Yaponiya İmperatoru Həzrətlərinə ! Asiya Asiyalılarındır davasının ələmdarı sifəti ilə Sizə müraciət edirik ki, Kars İslam Hökumətinin mövcudiyyəti siyasətini tanınmasında müzahirətinizə mazhariyyəti bir Asiyalı olaraq rica edirik !
18 Dekabr 1918 miladi.

“ Qars İslam Cumhuriyyəti ” Sədri Emin Borçalı.
(Hal-hazırda Osmanlı arxivində Emin Ağanın imzası olan sənədlər, bəlgələr qorunmaqdadır.)

1918 ci il fevral mart aylarında ermənilər rusalrın köməyi ilə Azərbaycanda Türk əhalisinə qarşı soyqrım etdiyi bir vaxta paralel olaraq Ahıska və Borçalıyada hücum edir. Lakin onlar burada Emin ağanın güclü müqavimətinə rast gələrək böyük itkilərlə geri dönürlər. Emin ağanın sayəsində ermənilər Qüzey və Güney Azərbaycanda (urmu-salmas) olduğu kimi Borçalı Ahıskada Türk millətinə qarşı soyqrım törədə bilmir. 1919 cu il yanvarında dövlətin növbəti qurultayında dövlətin adı dəyişilərək “ Cənubi-Qərbi Türk Respublikası “ olur. Dövlətin günü gündən güclənməsi İngilisləri çox narahat edirdi. Onlar bölgədə güclü bir Türk dövlətinin yaranmasını istəmirdilər. Beləcə 1919 cu il 13 aprel İngilis qoşunları Qarsı işğal edərək Cənubi-Qərbi Türk Respublikasının varlığına son qoydular. Dövlət başçıları həbs olunub Maltaya sürgün olundular. Dönəmin AXC rəhbərlərindən biri olan Fətəli Xan Xoyski Emin ağanın ona zamanında etdiyi yaxşılıqları unutmayaraq müttəfiqləri olduğu İngilislərdən onu sürgündən xilas edib cəzasını vətəni Borçalıya yaxın Tiflis həbsxanasında çəkməsinə nail olur. Beləliklə, Borçalı Paris konfransından sonra Azərbaycanla Gürcüstan arasında mübahisəli torpağa çevilsədə1920 cu ildə Stalinin təkidi ilə Gürcüstana verilir. Azərbaycan Sssri qurulduqdan sonra Nərimanovun göstərişi sayəsində 1921 ci ildə Emin ağa həbsdən azad eilərək Qazağın Qarapapaq kəndinə gətirilir və o ömrünün sonuna kimi burada yaşayaraq 1937 ci ildə vəfat edir. Emin Ağa sadəcə toplumsal fəaliyyətlərlə kifayətlənməmiş, eyni zamanda Borçalının mədəniyyət və ədəbiyyat ortamında özünü təsdiqləmişdi. Gözəl saz çalıb oxuyurmuş, şeirlər qoşurmuş. Qeyd: Gürcüstan Dövlət Muzeyində Emin Ağanın təqdim etdiyi “Borçalı Qadınının Geyimi" adlı etnoqrafik eksponat qorunmaqdadır. Emin Ağa'nın 1912 ilində Tiflisdə Azərbaycan dilində yayımlanmış "ﻥﺎﻳﻭﺍ ،ﯼﺪﺴﺑ" / "Bəsdi, Oyan!" kitabı onun ədəbi yaradıcılığının əyani göstəricisidir.Həmçinin A.Kanevski 1915 ci ildə onun haqda Bir Qaçağın Həyatı adlı kitabını Tulada çap etdirib. Bu gün Türkiye Qarsda Emin ağanıadını daşıyan bir küçə və bir kənd var.

Sonuc: Emin Ağa- "Hər kəsin borcudur, əlindən gəldiyi qədər hər necə olmuş olsa, bəşərə, öncəliklə, öz millətinə kömək eləsin".

Anar Məsimov

“Millətçilik” qəzeti
Bu xəbər oxucular tərəfindən 2976 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed