Şrift:
Mərkəzi Seçki Komissiyasında MDB PAA-nın nümayəndə heyəti ilə görüş keçirilib
08.02.2020 [12:13] - Xəbərlər, Siyasət
Fevralın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PAA) nümayəndə heyəti ilə görüşüb.

Məzahir Pənahov Azərbaycanda keçirilən seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənildiyini söyləyib. MSK sədri parlament seçkiləri ilə əlaqədar namizədlərə yaradılan şərait barədə nümayəndə heyətinə məlumat verib. O qeyd edib ki, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb. Şəffaflığın təmin olunması üçün əlavə vasitə kimi bütün ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. MSK başda olmaqla bütün seçki komissiyaları Milli Məclisə seçkilərə tam hazırdır.

Nümayəndə heyətinin üzvləri seçkilərə hazırlıqla bağlı görülən işləri yüksək dəyərləndiriblər.

Sonra Məzahir Pənahov qonaqların suallarını cavablandırıb, vətəndaşların aktiv və passiv seçki hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılan addımları diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed