Şrift:
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
09.02.2020 [11:07] - Sosial
Çində koronavirusun yeni ştammına (2019-nCoV) yoluxanların sayı 37 min 252, bu virus səbəbindən ölənlərin sayı isə 813 nəfərə çatıb.

Bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 29 min nəfərə yaxındır. İndiyədək 2663 nəfər sağalaraq xəstəxananı tərk edib.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada, ümumilikdə, 316 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda - Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 88 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed