Şrift:
Xamneyi: “Biz heç bir ölkəni və ya milləti təhdid etmək niyyətində deyilik”
09.02.2020 [13:11] - Güney Azərbaycan xəbərləri
Fevralın 8-də İran ordusunun hava qüvvələrinin komandirləri və digər rəsmiləri ilə görüşən “dini lider” Əli Xamneyi, Amerika sanksiyalarının gücləndirməsindən və ölkənin hava sənayesi sahəsində əldə etdiyi “nailiyyətlərindən” danışıb.



Öz çıxışında Amerikanın İrana qarşı sanksiyalarını həm “cinayət”, həm də ölkə üçün “fürsət” adlandıran Xamneyi deyib ki, vaxtilə ölkə daxilində bir qırıcını və ya təyyarəni təmir etməyə qadir olmayan İranın hava qüvvələri təyyarənin bütün hissələrini özü istehsal edir: “Bu isə o deməkdir ki, islam respublikası sistemi Amerikanın bu təhdidini fürsətə, onlardan gələn təhlükəni isə qazanca çevirib.



Biz, heç bir ölkəni və ya milləti təhdid etmək niyyətində deyilik. Biz, sadəcə olaraq, yalnız ölkənin təhlükəsizliyini qorumaq və bizə gələn təhdidlərin qarşısını almaq istəyirik. Hesab edirəm ki, savaş olmaması üçün və ölkəmizə qarşı təhdidlərə son qoyulması üçün biz güclənməliyik” -deyə, İranın “dini lideri” axund Əli Xamneyi bəyan edib.



Qeyd edək ki, Xamneyi öz çıxışında islam respublikasının heç bir ölkəni və ya milləti təhdid etmək niyyətində olmadığını bildirsə də, şəxsən onun özü və İranın digər rəsmiləri dəfələrlə rəsmi tribunalardakı çıxışlarında İsraili bir ölkə olaraq tanımadıqlarını bildirərək, Tel-Əvivin yer üzündən silinərək məhv edilməsi barədə bəyanatlar səsləndiriblər.
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed