Şrift:
İsrailli ekspert: Azərbaycanda keçirilən parlament seçkiləri köklü islahatların məntiqi davamıdır
09.02.2020 [15:00] - Xəbərlər
Biz saat 09:00-dan İsraildən olan nümayəndə heyəti ilə məntəqələri gəzirik. Nümayəndə heyətinin tərkibində dörd KİV nümayəndəsi və üç beynəlxalq müşahidəçi var. Onların hamısı səsvermənin gedişi barədə müsbət fikirdədir.

Bu sözləri seçkiləri müşahidə edən, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut müsahibəsində deyib.
İsrailli politoloq qeyd edib ki, səsvermə prosesi şəffaf və demokratik şəraitdə keçir. İnsanlar məntəqələrə gələrək sərbəst şəkildə seçim edirlər. Azərbaycanda keçirilən bu seçkilər demokratiyanın daha bir parlaq təzahürüdür.

“Havanın soyuq olmasına, güclü külək əsməsinə baxmayaraq, insanlar məntəqələrə gəlir, gələcəkdə Azərbaycan parlamentində görmək istədikləri namizədlərə səs verirlər.

Azərbaycan hazırda böyük dəyişikliklər yolundadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə islahatlar həyata keçirilir. Bu parlament seçkilərini də bu köklü islahatların məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycanda aparılan islahatlar gənclərin öz potensiallarını göstərə bilmələri üçün yaxşı imkan yaradıb və onların parlamentdə yeni ideyalarla iştirakına stimul verəcək”, - deyə Arye Qut vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed