Şrift:
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
10.02.2020 [08:45] - Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xocəsən qəsəbə klubunun təşkilatçılığı ilə 103 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım gününə həsr olunmuş “Mübarizlər yolu” adlı tədbir keçirilib. İdarədən bildirilib ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Milli Qəhrəmana həsr olunmuş videoçarx nümayiş olunub, məktəblilər onun həyatını və qəhrəmanlığını tərənnüm edən şeir və mahnılar oxuyublar. Tədbirdə Mübariz İbrahimova aid foto və rəsm sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda Mübariz İbrahimovun adını daşıyan məktəbin şagirdləri Milli Qəhrəmanın məzarını ziyarət ediblər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed